Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 17:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 16:55

Bakıda güclü külək əsir

04 Mart 2025 08:48Manşet / Gündəm / Elm-təhsil

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi “Eco Explorers: şagirdlərin qeyri-formal təhsil təcrübəsi” layihəsi yekunlaşıb.

 

Xezertv.info xəbər verir ki, əsas məqsədi şagirdlərin ətraf mühitlə bağlı məlumatlılığını artırmaq, onları açıq havada fəaliyyətlərinə cəlb edərək fiziki fəallıqlarını artırmaqdan, həmçinin qeyri-formal təhsil və həyatı bacarıqlar istiqamətində bilik və bacarıqlarını artırmaqdan ibarət olan layihə çərçivəsində ilk olaraq məktəbin 5 ibtidai sinif müəllimi seçilib və onlara 12 saatlıq təlim keçirilib. Təlimlər qeyri-formal təhsil və həyati bacarıqlar mövzularında olub.


Daha sonra 20 şagird üçün 16 saatlıq təlim keçirilib. Təlimlər zamanı şagirdlərə ilkin tibbi yardım, qeyri-formal təhsil, səmti müəyyən etmə, çadır qurma kimi mövzular aşılanıb. Təlimlərdən sonra isə 2 günlük düşərgə və 2 gün müddətində muzeylərə səfər təşkil olunub.


Qeyd edək ki, layihə Hacıqabul şəhər İlqar Ələkbərov adına 1 nömrəli tam orta məktəbin təlim - tərniyə işləri üzrə direktor müavini Tərlan Qasımov tərəfindən 4 ay boyunca icra olunub.