“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Rübail Nəsibov– sahibkarlıq uğurlarını xeyirxahlıq və vətənpərvərliklə tamamlayan ziyalı iş adamı
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.
Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Coğrafiyanın simulyativ tədrisi" layihəsi çərçivəsində təlimlər davam edir!
Xezertv.info xəbər verir ki, təlimlərdə PhET platformasının interaktiv simulyasiya imkanlarından istifadə edərək coğrafi mövzular daha əyani və maraqlı şəkildə izah edilir. Şagirdlər virtual mühitdə müxtəlif coğrafi prosesləri müşahidə edib, öz biliklərini praktiki olaraq tətbiq etmək imkanı qazandırlar. Bu yanaşma həm dərsi daha dinamik və cəlbedici edir, həm də şagirdlərin mövzuları dərindən mənimsəməsinə şərait yaradır.
Xatırladırıq ki, "Coğrafiyanın simulyativ tədrisi" adlı layihə Suraxanı rayonu 317 nömrəli tam orta məktəbdə Leyla Əliyeva tərəfindən həyata keçirilir. Layihənin məqsədi, PhET platformasında mövcud olan yer elmləri üzrə interaktiv simulyasiya oyunlarını tətbiq etməklə şagirdlərin coğrafiya fənninə marağını artırmaq və bu təcrübəni məktəbdə genişləndirməkdir.




























































