Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” keçirilib.

Xezertv.info xəbər verir ki, məktəbdə şagirdlərin formal təhsil metoduyla təhsil alması, onların dərslərdə daha çox fərdi qaydada məşğuliyyəti və aralarındakı rəqabətlilik ruhu bəzən onların arasında münaqişələrə, daim yarış və bir-birini müqayisə halını alan dərs prosesinə, şagirdlər arasında birgə işin icrasında fikir ayrılıqları və mübahisələrin olmasına yol açır. Bunu nəzərə alaraq, şagirdlər arasında komanda quruculuğu oyunlarının keçirilməsi, onların birlikdə əyləncəli qaydada vaxt keçirərkən, həm də strateji düşünməylə sadəcə özlərini yox, həm də yoldaşlarını nəzərə almaları və empatiya hissinin formalaşması zəruri hal alır. Bunları nəzərə alaraq, layihədə Vll və Vlll sinifdə təhsil alan 20 şagird arasında düşərgə formatında komanda quruculuğu oyunları keçirilib. Düşərgə ərzində məktəblilər qeyri-formal təhsillə bağlı məlumatlandırılıb, yumşaq bacarıqların mahiyyəti, günümüzdə aktuallığı, sərt bacarıqlardan fərqi, gələcək təhsil və karyera həyatına təsiri haqqında müzakirələr aparılıb. Komanda quruculuğu oyunları ilə zəif və güclü tərəflərin müəyyənləşdirilməsi, birgə qərar qəbul etmə, ünsiyyət qurma bacarıqlarının gücləndirilməsi mövzusunda iştirakçıların bilik və bacarıqları artırılıb. Həmçinin proqram müddətində ünsiyyət qurma bacarıqlarının gücləndirilməsi, düzgün ünsiyyətin sirrləri, nitqin əsas xüsusiyyətləri, liderlik bacarığının artırılması, ünsiyyət zamanı empatiya metodu mövzusunda sessiyalar baş tutub, qrup işləri keçirilib. Həmçinin şagirdlər ünsiyyəti inkişaf etdirən oyunlarda iştirak ediblər və bununla da, interaktiv öyrənmə mühiti yaradılıb.
“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi” çərçivəsində Sevman Baxşıyev tərəfindən Astara şəhər 5 saylı tam orta məktəbdə keçirilib.
Fərid Faiqoğlu

























































