BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması layihəsi uğurla yekunlaşıb.
Xezertv.info xəbər verir ki, layihənin əsas məqsədi məktəb həyətində maneələr zolağı/oyun meydançası quraraq, şagirdlərin fiziki, sosial və intellektual inkişafına dəstək olmaq, problemləri həll etmə və komanda ilə işləmə bacarıqlarını inkişaf etdirmək olub.
Layihə çərçivəsində l, ll və lll sinifdə təhsil alan 40 şagird iki ay ərzində həftədə iki dəfə 1 saatlıq açıq hava fəaliyyətlərində iştirak edib. Bu fəaliyyətlər yalnız fiziki fəallığı təşviq etməklə yanaşı, şagirdlərin birgə işləmə və sosial bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb. Şagirdlər üçün keçirilən müxtəlif komanda quruculuğu oyunları onların şəbəkələşməsi və qarşılıqlı əlaqə və kommunikasiya bacarıqlarının gücləndirilməsinə kömək edib.
Yeni qurulan oyun parkı, şagirdləri həm fiziki, həm də intellektual baxımdan cəlb edən oyunlarla daha da maraqlı hal alıb. Təlimçinin iştirakı ilə təşkil edilən fəaliyyətlər və oyunlar azyaşlı şagirdlərdə layihəyə xüsusi maraq oyadıb.
Layihə ərzində baş tutan təlimlərdə şagirdlər problemleri həll etmə, sürətli qərar vermə, komanda işi və şəbəkələşmə kimi bacarıqlarında əhəmiyyətli irəliləyişlər nümayiş etdiriblər.
Qeyd edək ki, “Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması qrant layihəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi” çərçivəsində Zəhra Şərifli tərəfindən Abşeron rayonunun Məmmədli kənd tam orta məktəbində keçirilib.
Fərid Faiq































































