Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
“Gənclər Həftəsi” çərçivəsində Goranboyda keçirilən gənclər düşərgəsi yekunlaşıb

Xezertv.info xəbər verir ki, “Gənclər Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Goranboy Olimpiya İdman Kompleksində həyata keçirilən gənclər düşərgəsi yekunlaşıb.
Düşərgənin əsas məqsədi müxtəlif bölgələrdən olan gəncləri bir araya gətirərək onların fərdi və peşəkar bacarıqlarını inkişaf etdirmək, sosial əlaqələrini genişləndirmək və şəbəkələşmələrini gücləndirmək olub. Bununla yanaşı, iştirakçılar düşərgə müddətində idman və mədəni tədbirlərdə aktiv iştirak edib, komanda oyunları vasitəsilə həm əylənərək, həm də yeni biliklər əldə edərək səmərəli vaxt keçiriblər.
Gənclər tərəfindən böyük maraqla qarşılanan düşərgədə iştirak üçün qısa müddət ərzində 58 regiondan 900-dən çox gənc müraciət edib. Müraciətçilər arasından yaşı 18-26 yaş həddində olan, ilkin qeydiyyat və müsahibə mərhələlərini uğurla keçən 32 regiondan 50 nəfər gənc düşərgədə iştirak şansı qazanıb. 4 gün davam edən düşərgədə gənclər "Enerji", "Yenilik", "Ümid", "Macəra", "İnkişaf" və "Gələcək" adlı komandalar şəklində iştirak ediblər.
Düşərgə müddətində gənclər üçün innovativ ideyaların və sosial layihələrin müzakirəsi, fərdi inkişaf təlimləri, karyera və inkişaf, könüllülük fəaliyyəti və informasiya təhlükəsizliyi haqqında məlumatlandırıcı sessiyalar, intellektual yarışlar, idman, komanda qurucluğu və şəbəkələmə oyunları, peşəkarlarla görüşlər, mədəni axşamlar və bir-birindən maraqlı interaktiv fəaliyyətlər təşkil olunub.
Həmçinin düşərgənin üçüncü günü gənclər və idman naziri Fərid Qayıbov düşərgə iştirakçıları ilə görüşüb. Görüşdə Fərid Qayıbov təcrübə proqramları, gənclərin tədbirlərdə iştiraklarının təmin edilməsi, istedadlı gənclərlə bağlı layihələr, karyera yarmarkaları və digər mövzularda gənclərin təklif və fikirlərini dinləyib.
Görüşdə gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər məsələlər barədə də müzakirələr aparılıb































































