Xəbər Lenti
Bugün, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Bugün, 11:24
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
24-10-2026, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
23-10-2026, 11:46
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
01 Yanvar 2023 05:37Dünya
Kiyevə raket hücumu nəticəsində yaponiyalı jurnalist xəsarət alıb
Rusiya ordusu tərəfindən edilən raket hücumu nəticəsində Kiyevdə azı bir nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində yazıb.
Kliçkonun sözlərinə görə, xəsarət alanlardan biri Yaponiyadan olan jurnalistdir. O xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bu gün Ukrayna ərazisinə edilən kütləvi raket hücumu nəticəsində paytaxtın birdən-birə üç rayonunda - Solomenski, Peçerski və Qoloseyevskidə partlayışlar baş verib, dağıntılar var.
"Partlayışlardan biri paytaxtın Solomenski rayonunda yaşayış binaları arasında eşidilib. Bütün xidmətlər çalışır, həkimlər artıq hadisə yerindədirlər", - deyə mer əlavə edib.
Raket zərbəsindən dağılan binalardan biri də “Alfa Vita” hotelidir.