Menu
Xəbər Lenti
Paşinyan Fransaya getdi
Dünən, 11:46

Paşinyan Fransaya getdi

Şuşadan ailə - Fotosu
8-11-2026, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
8-11-2026, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

22 Oktyabr 2026 10:19Manşet / Dünya

Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var

 

Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd Beynəlxalq Hava Limanına hücum nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Baş Mülki Aviasiya İdarəsi (GACA) məlumat yayıb.

Ölən şəxsin ölkədə yaşayan xarici vətəndaş olduğu bildirilib. Yaralılar tibbi yardım üçün xəstəxanaya çatdırılıb.

Hücum nəticəsində hava limanına ziyan dəyib. Hazırda dəymiş zərərin miqyası qiymətləndirilir. Hadisənin necə həyata keçirildiyi və arxasında kimin dayandığı barədə isə məlumat verilməyib.

Bundan əlavə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası ölkənin şərqində dörd pilotsuz uçuş aparatının (PUA) ələ keçirilərək məhv edildiyini açıqlayıb. Koalisiyanın sözçüsü dronların bölgədə zərərsizləşdirildiyini bildirib.