“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
“AzInTelecom” tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb
“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, görülən tədbirlər çərçivəsində bu günədək 86 813 IMEI kodunun kopyalandığı aşkar edilib və həmin IMEI kodların hər biri “AzInTelecom”a məxsus Mobil Cihazların Qeydiyyatı Sistemi (MCQS) tərəfindən bloklanıb.
Eyni zamanda bloklanmış IMEI kodlarla Azərbaycan mobil rabitə məkanında şəbəkəyə qoşulma cəhdlərinin qarşısı alınıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.
“AzInTelecom” MMC vətəndaşlara mobil telefon almadan öncə cihazın qutusu üzərində qeyd edilən IMEI kodu “mygov” portalında yoxlamağı və yalnız etibarlı satış məntəqələrinə üstünlük verməyi tövsiyə edir.






















































