Menu
Xəbər Lenti
“Azeri Light” ucuzlaşdı
11-11-2026, 10:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 10:18

Pezeşkian Türkiyəyə gedir

Paşinyan Fransaya getdi
10-11-2026, 11:46

Paşinyan Fransaya getdi

23 Oktyabr 2026 10:20Manşet / Dünya

Tibetdəki güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı

 

Çinin Tibet Muxtar Bölgəsində baş verən 7 bal gücündə zəlzələ nəticəsində azı 16 nəfər həlak olub, 32 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 300-dən çox ev dağılıb.

“Qafqazinfo” xəbər verir ki, “Xinhua” agentliyinin məlumatına görə, zəlzələnin episentri Tibet Muxtar Bölgəsinin Nakçu prefekturasının Baçen qraflığında yerləşib.

Yaralılardan 11-nin vəziyyəti ağırdır, 21 nəfər isə yüngül xəsarətlərlə xəstəxanalarda müalicə alır. Fəlakət bölgəsinə 300 polis əməkdaşı, 347 yanğınsöndürən və xilasedici göndərilib. Axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının artacağı istisna edilmir.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib. Çin Zəlzələ Şəbəkələri Mərkəzi də yeraltı təkanların gücünün 7 bal olduğunu təsdiqləyib.

Qeyd edək ki, 2025-ci ilin yanvarında Tibetin Şiqatsi prefekturasının Tinqri qraflığında baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 120 nəfər həyatını itirmişdi.

***

“Reuters”in məlumatına görə, Çinin Tibet bölgəsinin cənub-qərbində baş verən 7 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 65-ə çatıb.