Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

23 Oktyabr 2026 09:52Manşet / Maraqlı

Çay ürəyin dərmanı imiş - Bir şərtlə...

 

Yeni araşdırma çay içmək vərdişləri ilə ürək-damar xəstəlikləri riski arasında əlaqə olduğunu üzə çıxarıb. Nəticələrə görə, çayın növü, dəmlənmə dərəcəsi və temperaturu da sağlamlığa təsir edən amillər ola bilər.

“Qafqazinfo” xəbər verir ki, “Journal of Internal Medicine” jurnalında dərc olunan tədqiqatda Çində yaşayan 30-79 yaş arası 485 mindən çox insanın məlumatları təhlil edilib.

Təxminən 9 il davam edən müşahidələr zamanı ürək-damar xəstəlikləri ilə bağlı 14800-dən çox hal qeydə alınıb.

Həftədə ən azı üç gün çay içən iştirakçılarda ürək-damar xəstəlikləri riski daha az çay içənlərlə müqayisədə təxminən 11 faiz aşağı olub. Qara çay və orta dərəcədə dəmlənmiş çay daha aşağı risklə əlaqələndirilib.

Bununla yanaşı, çayı çox isti içənlərdə ürək-damar xəstəlikləri riski müntəzəm çay içməyənlərlə müqayisədə 16 faiz yüksək olub. Lakin temperaturla bağlı məlumatların iştirakçıların öz bildirişlərinə əsaslanması səbəbindən bu nəticəyə ehtiyatla yanaşılması tövsiyə edilir.

Araşdırmada gündə 6-8 stəkan çay içənlər arasında riskin daha aşağı olduğu müşahidə edilsə də, tədqiqatçılar bu miqdarın hər kəs üçün ideal norma hesab edilməməli olduğunu vurğulayıblar. Araşdırma müşahidə xarakteri daşıdığından çayın xəstəlik riskini birbaşa azaltdığını sübut etmir.

Mütəxəssislər çayı ağız və boğazı yandıracaq qədər isti içməməyi, şəkərsiz içməyə üstünlük verməyi və kofein qəbuluna diqqət yetirməyi məsləhət görürlər. Balanslı qidalanma, fiziki aktivlik və siqaretdən uzaq durmaq da ürək sağlamlığının qorunmasında mühüm rol oynayır.