Menu
Xəbər Lenti
“Azeri Light” ucuzlaşdı
11-11-2026, 10:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 10:18

Pezeşkian Türkiyəyə gedir

Paşinyan Fransaya getdi
10-11-2026, 11:46

Paşinyan Fransaya getdi

24 Oktyabr 2026 12:30Manşet / Gündəm / Dünya

“İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV

 

ABŞ kəşfiyyatı İranın xaricdə fəaliyyət göstərən amerikalı diplomatlara və vəzifəli şəxslərə qarşı sui-qəsd cəhdləri planlaşdırdığını güman edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Axios” portalı yayıb. 

ABŞ dövlət katibi Marko Rubioya göndərilən rəsmi kəşfiyyat qeydlərinin bir nüsxəsini əldə edən portal yazır ki, ABŞ kəşfiyyatı İranın Yaxın Şərqdə və ondan kənarda amerikalı diplomatlara və rəsmi şəxslərə qarşı sui-qəsd cəhdləri həyata keçirmək istiqamətindəki səylərini “əhəmiyyətli dərəcədə gücləndirdiyini” və bu əməliyyatlarla bağlı hazırlıqların yüksək mərhələyə çatdığını hesab edir. 

Sənəddə həmçinin İranın artıq bu istiqamətdə hazırladığı planlar barədə xəbərdarlıq da yer alıb.