“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Türk dövlətləri arasındakı münasibətlər kənardan formalaşdırılacaq siyasi layihələrə, geosiyasi hesablamalara və ayırıcı planlara sığmayacaq qədər dərin tarixi köklərə malikdir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının partiyanın İdarə Heyətinin iclasından sonra yaydığı yazılı açıqlamada bildirilib.
“Türk dünyasının gələcəyi müstəqil dövlətlərimizin suverenliyinə, qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa, etimada və qardaşlıq münasibətlərinə əsaslanır.
Gələn həftə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı məhz bu tarixi məsuliyyətin və ortaq gələcək iradəsinin mühüm təzahürü olacaq”, - açıqlamada vurğulanır.
Qeyd olunub ki, türk dünyasının gücünü qarşılıqlı etimad və həmrəylik içərisində tapmalı olduğu aydındır: “Bu birlikdən narahatlıq duyanların gözləntiləri qardaş dövlətlərimizin ortaq iradəsi qarşısında nəticəsiz qalacaq.
Cənab Prezidentimizin Azərbaycan Prezidenti İlham Əliyevi Ankaradakı Zirvə toplantısına dəvət etməsi Türkiyə-Azərbaycan münasibətlərinin tarixi və strateji əhəmiyyətinin qorunması baxımından xüsusi önəm daşıyır.
Türkiyə ilə Azərbaycan arasındakı bağlar gündəlik siyasi hadisələrdən və müvəqqəti fikir ayrılıqlarından daha dərin olan ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı etimad və xalqımızın mənəvi birliyi üzərində qurulub.
Dövlətlər arasında fərqli yanaşmalar və həllini gözləyən məsələlər, əlbəttə, ortaya çıxa bilər. Əsas məsələ bu problemləri qardaşlıq münasibətlərinə xələl gətirmədən, qarşılıqlı anlaşma və birbaşa dialoq yolu ilə həll etmək iradəsi nümayiş etdirməkdir.
Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadının qorunması iki dövlət arasındakı həmrəyliyin davam etdirilməsi və Türk dünyasının ortaq gələcəyinin təmin olunması baxımından əvəzolunmazdır”.






















































