“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
İnfantino İlham Əliyevə təşəkkür etdi
FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı “Instagram” hesabında paylaşım edib.
Canni İnfantino Bakıda keçirilən açılış mərasimini tarixi gün və fantastik adlandırıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş nazirin müavini Samir Şərifova, hökumətə, Rövşən Nəcəfin rəhbərlik etdiyi AFFA kollektivinə, FIFA-dakı həmkarlarıma və bu xüsusi çempionatın təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm.
Biz hər bir gənc istedada şans verir və altı konfederasiyanın hamısında FIFA-nın 189 üzv ölkəsindən gəncləri birləşdirir, onların ilk FIFA dünya çempionatında unudulmaz xatirələr yaradırıq”, - deyə FIFA prezidenti bildirib.
Qeyd edək ki, oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər.
Açılış mərasimindən sonra keçirilən Azərbaycan-Timor-Leste yığmalarının oyunu milli komandamızın 6:0 hesablı qələbəsi ilə başa çatıb.





























































