Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Lənkəran ŞİH başçısı Boladı kəndində sakinlərlə səyyar qəbul keçirib
Oktyabrın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Boladı kəndində keçirib. Tədbirdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən Taleh Qaraşov səyyar qəbulların vətəndaş məmnunluğuna xidmət etdiyini vurğulayıb,regionların sosial-iqtisadi inkişafı çərçivəsində müvafiq Dövlət Proqramına uyğun olaraq kənddə aqrar sahənin inkişafı,suvarma sistemlərinin təkmilləşdirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyini bildirib.
İcra başçısı "Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi"nə uyğun olaraq vətəndaş müraciətlərinə baxılması istiqamətində xidmətlərin elektronlaşdırıldığını qeyd edib. Onun sözləribə görə, sakinlərin dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün "myGov" platforması və yeni nəsil rəqəmsal imza — "SİMA" layihələrinin kənd yerlərində daha aktiv tətbiqi və bu barədə maarifləndirmə işlərinin gücləndirilməsi diqqət mərkəzindədir.
Səyyar görüç-qəbulda qaldırılan bütün məsələləri şəxsi nəzarətinə götürən icra başçısı yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid problemlərin yerindəcə həlli üçün tapşırıqlar verib, digər qurumların fəaliyyət dairəsinə aid olan məsələlərlə bağlı isə rəsmi müraciətlərin ünvanlanmasını təmin edib.
Boladı kəndinin sakinləri rəqəmsal və aqrar islahatların kənd həyatını xeyli rahatlaşdırdığını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.























































