Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
İlk dəfə insanda aşkarlanan virus ölümə səbəb oldu
Fransada, əsasən, heyvanlarda rast gəlinən Şamonda virusuna ilk dəfə insanda yoluxma halı aşkarlanıb. Oktyabrın əvvəlində Lion şəhərində vəfat edən xəstənin virusa ağcaqanad sancması nəticəsində yoluxduğu deyilir.
“Qafqazinfo” xəbər verir ki, Fransa Səhiyyə Nazirliyi xəstənin başqa bir ciddi xəstəlikdən müalicə aldığını və virusla əlaqəli nevroloji ağırlaşmalar keçirmiş ola biləcəyini bildirib.
Rəsmilər hadisənin immun sistemi ciddi zəifləmiş şəxsdə baş verdiyini və hazırda ictimaiyyət üçün risk olmadığını vurğulayıblar.
Əsasən, mal-qarada rast gəlinən virus ağcaqanadlar vasitəsilə yayıla, qoyun, keçi, alpaka və atlara da yoluxa bilər.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi virusun insana necə keçdiyini araşdırır. İyulun sonlarından etibarən virus Avropanın bir sıra ölkələrində ferma heyvanlarında aşkarlanıb. Hadisə ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına da məlumat verilib.





















































