Menu
Xəbər Lenti
O gündən bir il keçir...
28-02-2021, 10:47

O gündən bir il keçir...

07 fev 11:01Gündəm / Sosial / Bölgə

Salyanda ana doğuşdan sonra ölüb

Salyanda doğuşdan sonra ana ölümü baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.
Rayonun Dördlər kənd sakini, 1989-cu il təvəllüdlü Hümmətova Gülnarə Mahir qızı doğuş üçün fevralın 5-də xəstəxanaya daxil olub.
Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə qız ana bətnindən götürülüb. Lakin G.Hümmətova bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
Qadının ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, onun üç azyaşlı uşağı qalıb.
Faktla bağlı araşdırma aparılır.