İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Bakıdakı görüşə 250-dən artıq iştirakçı gələcək - Heydər Məmmədov
Azərbaycan Baş prokurorunun müavini Heydər Məmmədov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünə hazırlıq işləri ilə bağlı mətbuata açıqlamasında bildirib ki, tədbirin yüksək səviyyədə təşkili və məzmun baxımından səmərəli keçirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
“Qafqazinfo” xəbər verir ki, o, oktyabrın 27–28-də Bakıda keçiriləcək görüşə hazırlıq çərçivəsində Baş Prokurorluq üzrə müvafiq əmrlə Yerli Təşkilat Komitəsinin yaradıldığınıı bildirib.
Komitənin əsas vəzifələri tədbirin yüksək səviyyədə təşkilini təmin etmək, İƏT-ə üzv dövlətlər arasında antikorrupsiya əməkdaşlığının inkişafına töhfə vermək və Azərbaycanın bu sahədəki təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməkdən ibarətdir.
İştirakçıların sayına və təmsilçilik səviyyəsinə toxunan Heydər Məmmədov bildirib ki, tədbirdə İƏT-ə üzv olan 57 dövlətdən 48-nin nümayəndələri olmaqla, ümumilikdə 250-dən artıq şəxsin iştirakı gözlənilir. Onun sözlərinə görə, iştirakçılar sırasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksək vəzifəli nümayəndələri, habelə üç müşahidəçi dövlətin təmsilçiləri yer alır.
Əvvəllər də Azərbaycan Prokurorluğu tərəfindən bu kimi mötəbər tədbirlərin yüksək səviyyədə keçirildiyinə toxunan Heydər Məmmədov bildirib ki, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı, COP29 çərçivəsində yüksək səviyyəli sessiya və GlobE Şəbəkəsinin Altıncı Plenar İclası və digər mötəbər beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyinin bariz göstəricisidir.




















































