MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Dünya bir nərdivandır...
Onun dərdləri su daşından süzülən billur kimi suya bənzəyir...
Niskil həsrət, tənhalıq, bu böyük şəxsiyyətin ruhunun təntənəsinə, taleyinin yol-yoldaşına çevrildi.
Nəriman Həsənzadə – dərdi poeziyaya, ömrü mənəviyyata çevirən söz ustadı...
1-ci yazı.
"Dünya bir nərdivandır..." Bu fikir təkcə bir misra, yaxud poetik ifadə deyil. Bu, böyük söz ustadı Nəriman Həsənzadənin həyata baxışının, ömür fəlsəfəsinin, insan taleyinə münasibətinin poetik düsturudur. Həyatın pillələri ilə ağır-ağır qalxan, hər pilləsində bir ağrı, bir sevinc, bir itki, bir ümid yaşayan şair üçün dünya həqiqətən də nərdivandır. Bu nərdivanın hər pilləsində insan öz vicdanı, əməlləri, sevgisi və sözü ilə ucalır.
Azərbaycan ədəbiyyatında Nəriman Həsənzadə təkcə böyük şair deyil. O, həm də dramaturq, publisist, pedaqoq və ictimai xadim kimi milli-mənəvi dəyərlərin qorunmasına ömür sərf etmiş nadir ziyalılardandır. Onun yaradıcılığı poeziya ilə həyatın, sənətlə həqiqətin vəhdətidir. Yazdığı hər misrada yaşadığı ömür görünür, çəkdiyi ağrılar duyulur, sevdiyi Vətən nəfəs alır.
Nəriman Həsənzadənin ruhunda niskil və həsrət daim öz sözünü deyib. Onun dərdləri su daşından süzülən şəffaf dağ suyuna bənzəyir. Safdır, təmizdir, səmimidir. O dərdlər insanı ümidsizliyə yox, düşünməyə aparır. Çünki şair ağrını heç vaxt nifrətə çevirmədi. O, ağrını poeziyaya çevirdi.
Uşaqlıq illərində atasını itirməsi onun ömrünün ilk böyük sınağı oldu. Ata yoxluğu insanın taleyində doldurulması mümkün olmayan boşluq yaradır. Nəriman Həsənzadə də həmin boşluğu ömrü boyu qəlbində daşıdı. Anasının zəhməti, fədakarlığı və tənhalığı isə onun xarakterini formalaşdırdı. Ana obrazı şairin yaradıcılığında müqəddəsliyin, sədaqətin və sonsuz mərhəmətin simvoluna çevrildi.
Sonralar həyat yoldaşı Sara xanımın vaxtsız vəfatı onun mənəvi dünyasında daha bir dərin yara açdı...
“Ürəyim ananı istəyir qızım”
Ürəyim ananı istəyir qızım,
Sən yaşa, dünyada qəmsiz-kədərsiz,
Bir səs qulağıma döz deyir, qızım,
Dözdüm, yaş ötdü məndən xəbərsiz.
Qaşlarım qaradı, saçlarım ağdır,
Təbiət şəklimi çəkir yenidən,
Hamı bu dünyada qocalaqdır,
Ancaq tək qocalmaq, dərd verir hərdən.
“Bu haqsız dünyada bu sevda haqdır” deyən şair, yoldaşının vaxtsız itkisini qəlbinin niskilinə qarışdıraraq yaşadı. “Bir il mən ağladım” dedi. “Dünyanın xoşbəxti olur, qadını olan kişi, təklik fəlakətdir. Heç vaxt tək qalmayın” söylədi böyük şair. Bu onun ruhunun hayqırtısı idi. Nəriman Həsənzadə - Poylu beşiyi olan böyük şair yurduna, obasına olan sədaqətini, sevgisini şirin ləhcəsində etiva etdi. Asta-asta danışığında bir şirinlik, bir doğmalıq var. Qazax-Ağstafa şivəsi onun ömrü boyu yol-yoldaşı oldu. Nəriman müəllim məşhurlaşdıqca bu şivə ona xüsusi rəng verdi. Nəriman Həsənzadə heç vaxt təkəbbürün əsirinə çevrilmədi. Doğuluşundan bu günədək bir amalı oldu. Vətənə, yurda, sənətə, xalqa, insanlığa olan sevgi, sayğı, ehtiram və hörmət. O, dərdlərin Nərimanı oldu. O, niskilin Nərimanı oldu. O, həsrətin Nərimanı oldu. Nəriman Həsənzadə ömrü boyu bu üç anlamla yol-yoldaşlığı etdi. Bu üç anlam onu “Ədəbiyyatın Nərimanı” etdi. Bu üç anlam onu “Xalqın əziz Nərimanı” etdi. Bu üç anlam onu nəhəng “Türk dünyasının Nərimanı” etdi.
İllərlə birlikdə qurulan həyatın qəfil yarımçıq qalması hər insan üçün ağır sınaqdır. Lakin Nəriman Həsənzadə bu ağrını da sözün qüdrəti ilə yaşatdı. Onun sevgi şeirləri təkcə məhəbbətin deyil, sədaqətin, ayrılığın və insanın mənəvi dözümünün poetik salnaməsidir.
Böyük sənətkarın poeziyasında sevgi heç vaxt yalnız iki insan arasında yaranan hiss kimi təqdim olunmur. O, sevgini Vətənə, anaya, ailəyə, insana, torpağa və mənəviyyata bağlılıq kimi dərk edir. Buna görə də onun misraları müxtəlif nəsillərin qəlbinə yol tapa bilir.
Nəriman Həsənzadənin yaradıcılığı Azərbaycan poeziyasında xüsusi məktəb yaradıb. Onun dili sadə olsa da, mənası dərin, fikri isə fəlsəfi çalarlıdır. Oxucu onun şeirlərini oxuyarkən təkcə poetik zövq almır, həm də həyat haqqında düşünür. Bu isə əsl sənətin əsas göstəricilərindən biridir.
Nəriman Həsənzadənin dramaturq kimi fəaliyyəti də Azərbaycan mədəniyyətinin inkişafında mühüm yer tutur. Yazdığı dram əsərlərində insan xarakterlərinin mürəkkəbliyi, mənəvi seçimlər, vicdan problemi və tarixi yaddaş ustalıqla əks olunur. Xalq şairi Nəriman Həsənzadənin dramaturgiyası emosional təsir gücü ilə yanaşı, dərin ictimai məzmunu ilə seçilir. Tamaşaçı səhnədə yalnız qəhrəmanları deyil, həm də özünü görür.
Publisist kimi çıxışlarında da eyni prinsipə sadiq qalıb. O, heç vaxt sözü ucuzlaşdırmayıb. Onun publisistikası emosional pafosdan uzaq, düşüncəyə söykənən və mənəvi məsuliyyət hissi ilə yazılan mətnlərdən ibarətdir. Yazdığı hər sətirdə ziyalı mövqeyi, vətəndaş məsuliyyəti və milli düşüncə hiss olunur.
Nəriman müəllim uzun illər pedaqoji fəaliyyət göstərərək yüzlərlə gəncin formalaşmasına töhfə verib. Onun auditoriyalarda dediyi fikirlər təkcə dərs olmayıb, həm də həyat məktəbi olub. O, gənclərə sözün müqəddəsliyini, ədəbiyyatın məsuliyyətini və insan olmağın mənasını öyrədib.
İctimai xadim kimi də Nəriman Həsənzadə daim xalqının yanında olub. O, milli dəyərlərin qorunmasını, Azərbaycan dilinin saflığını və mədəni irsin yaşadılmasını fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edib. Onun çıxışlarında hər zaman dövlətçilik düşüncəsi, milli birlik və mənəvi bütövlük ideyaları üstünlük təşkil edib.
Nəriman Həsənzadənin şair obrazını tamamlayan əsas xüsusiyyətlərdən biri təvazökarlıqdır. Böyük şöhrət qazansa da, heç vaxt sadəliyini itirməyib. O, insanlarla münasibətdə səmimi, sözdə isə məsuliyyətli olub. Elə buna görə də həm oxucuların, həm də ədəbi mühitin böyük hörmətini qazanıb.
Onun poeziyasında Vətən anlayışı xüsusi yer tutur. Azərbaycan onun üçün sadəcə coğrafi məkan deyil, müqəddəs varlıqdır. Qarabağ dərdi, torpaq nisgili, xalqın ağrıları onun yaradıcılığında daim yaşayır. O, Vətəni tərənnüm edərkən pafosdan deyil, səmimi sevgidən istifadə edir.
Nəriman Həsənzadənin əsərlərində insanın mənəvi kamilləşməsi əsas mövzulardan biridir. O hesab edir ki, insanın ən böyük sərvəti vicdanıdır. Sərvət, vəzifə və şöhrət ötəridir, əbədi qalan isə insanın əməlləri və arxasında qoyduğu mənəvi irsdir.
Onun yaradıcılığına nəzər saldıqda görürük ki, şair heç vaxt öz şəxsi ağrılarını ümumi həyat həqiqətlərindən ayırmayıb. Şəxsi dərd onun poeziyasında ümumbəşəri məna qazanıb. Buna görə də oxucu onun misralarında öz taleyini tapa bilir.
Nəriman Həsənzadənin həyatı göstərir ki, böyük sənətkar olmaq üçün təkcə istedad kifayət etmir. Bunun üçün böyük ürək, möhkəm iradə, mənəvi bütövlük və insanlara sevgi lazımdır. O, bu keyfiyyətlərin hamısını öz şəxsiyyətində birləşdirə bilib.
"Dünya bir nərdivandır" ifadəsi əslində onun ömür yolunun poetik yekunudur. İnsan bu dünyanın pillələrini qalxarkən özü ilə yalnız yaxşı əməllərini, sevgisini və sözünü apara bilir. Nəriman Həsənzadə həmin pillələri ləyaqətlə qalxan, arxasında zəngin ədəbi irs və mənəvi məktəb qoyan böyük şəxsiyyətlərdəndir.
Bu gün onun əsərləri yeni nəsillər tərəfindən sevə-sevə oxunur, şeirləri dillər əzbəridir, dramaturji əsərləri səhnələrdə yaşayır. Çünki əsl sənət zamanın sınağından qorxmur. O, dövr dəyişsə də, insan qəlbində yaşayır.
Nəriman Həsənzadənin ömür yolu sübut edir ki, insanın həqiqi böyüklüyü qazandığı titullarda deyil, insanların qəlbində qoyduğu izdədir. O iz isə sözün nuru, mənəviyyatın ucalığı və Vətən sevgisinin işığı ilə yazılıb.
Böyük şairin həyatına nəzər salanda anlayırsan ki, taleyin gətirdiyi ağır sınaqlar onu sındırmayıb, əksinə, daha da kamilləşdirib. Ata həsrəti, ana tənhalığı, ömür-gün yoldaşının itkisi onun ruhunda dərin izlər qoysa da, həmin ağrılar poeziyada ümidə, sevgiyə və mənəvi ucalığa çevrilib.
Bəlkə də buna görə onun misraları bu qədər səmimidir. Çünki onlar yaşanmamış hisslərin deyil, ömürdən keçmiş duyğuların ifadəsidir.
Nəriman Həsənzadənin sənəti Azərbaycan ədəbiyyatının qızıl səhifələrində yaşayacaq. Çünki o, sözə vicdan kimi yanaşdı, poeziyanı insan ruhunun aynasına çevirdi və ömrünün bütün pillələrini ləyaqətlə adladı.
Dünya həqiqətən də bir nərdivandır. Bu nərdivanda kimisi şöhrət üçün, kimisi sərvət üçün, kimisi isə mənəviyyat üçün yüksəlir. Nəriman Həsənzadə isə sözün işığında ucalan, ömrünü xalqına və ədəbiyyatına həsr edən sənətkar kimi həmin zirvədə özünəməxsus yerini çoxdan tutub. Əbədiyaşarlıq fəlsəfəsinə çevrilib. Əzizimiz Nəriman müəllim!
PS. Dünya bir nərdivandır. Qaıxanda mehribandır, enəndə nə yamandır...
Sənətkarın özəlliyi isə ondadır. Sənətkar əbədiyyət üfüqlərindədoğan Günəşə bənzəyir. Çox saq olun Nəriman müəllim, nə yaxşı ki, Nəriman adlı bir şəxsiyyət Poylu beşiyindən pöhrələnərək cənnətim Azərbaycanın ölməz imzasına çevrildi. Azərbaycan Sizinlə fəxr edir!
Ardı var...
Ustada böyük ehtiramla,
Hürü Hacızadə
Yazıçı-publisist,
“Qızıl qələm” mükafatçısı
Fərid Faiqoğlu Səfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü





















































