Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər
ABŞ-nin Ohayo ştatında 74 yaşlı Şeron Cek həkimlərin əməliyyat zamanı səhv ayağını amputasiya etdiyini bildirərək, xəstəxananı məhkəməyə verib.
“Qafqazinfo” xəbər verir ki, Meiqs qraflığında yaşayan Cek 2025-ci ilin sentyabrında dəri xərçəngi səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiya edilməsi üçün Selbi Ümumi Xəstəxanasına müraciət edib.
Lakin məhkəməyə təqdim olunan iddia ərizəsinə görə, əməliyyat zamanı sağ ayaq əvəzinə sol ayaq amputasiya edilib.
Cekin vəkili Bred Leynin sözlərinə görə, ABŞ ordusunda xidmət etmiş veteran qadının amputasiya edilməli olan sağ ayağı da dörd ay sonra başqa xəstəxanada amputasiya olunub. Nəticədə Cek hər iki ayağını itirib.
Məhkəmə sənədlərinə əsasən, Cekə dəri xərçənginin bir növü diaqnozu qoyulub və müalicə planına sağ ayağın dizdən aşağı hissəsinin amputasiyası daxil edilib. Cekin yalnız sağ ayağının əməliyyat olunmasına razılıq verdiyi, sol ayağının amputasiyasına isə heç vaxt icazə vermədiyi bildirilib.
İddia ərizəsində qeyd olunur ki, əməliyyatdan əvvəl cərrahi qrup xəstənin şəxsiyyətini, proseduru və əməliyyat olunacaq nahiyəni təsdiqləmək üçün iki təhlükəsizlik yoxlaması keçirib. Buna baxmayaraq, əməliyyat zamanı səhv ayağın amputasiya edildiyi iddia olunur.
İddiaçılar hadisəni əsas tibbi təhlükəsizlik prosedurlarının ciddi şəkildə pozulması kimi qiymətləndiriblər.
Selbi Ümumi Xəstəxanası açıqlamasında hadisənin qarşısı alına bilən tibbi səhv olduğunu etiraf edib.
“Bu, qarşısı alına bilən bir hadisə idi və əməliyyat otağında riayət olunmasını gözlədiyimiz prosedurlara əməl olunmayıb”, - xəstəxananın açıqlamasında bildirilib.
Xəstəxana hadisəyə görə məsul şəxslərin məsuliyyətə cəlb edildiyini və artıq vəzifələrində çalışmadıqlarını açıqlayıb.
Cek və həyat yoldaşı xəstəxana, tibb işçiləri və müəssisə ilə əlaqəli ümumilikdə doqquz nəfəri kobud səhlənkarlıq, qanunsuz fiziki müdaxilə və ehtiyatsız davranışda ittiham ediblər.
Məhkəmə iddiasında Cekin hadisə nəticəsində fiziki xəsarət, daimi əlillik, ağrı, psixoloji stress və həyat keyfiyyətinin itirilməsi ilə üzləşdiyi bildirilir. İddiaçılar maddi və cəza təzminatı tələb edirlər. Tələb olunan məbləğ açıqlanmayıb.























































