AİHM-də ekoloji hüquqların zəfəri: Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq tarixi uğuru
ABŞ səhiyyə naziri Trampın zərərli qida vərdişlərindən danışdı: Fastfud yeyir, diyetik içki içir
Kung-Fu Federasiyasında idmançılarla strateji görüş: Beynəlxalq arenaya doğru yeni hədəflər
"Lox-Ness əjdahası" həqiqətən var? - Şotlandiyalı təbiətşünas 52 illik axtarışdan sonra gerçəyi ortaya çıxardı
"Yanğınsöndürənlər üç dəqiqə gec gəlsəydilər, sağ çıxmayacaqdıq" - Masazır sakinləri niyə evlərində rahat yaşaya bilmirlər?
İnsan sağlamlığının keşikçisi: Sumqayıt Şəhər 2 №-li Xəstəxananın Baş Həkimi Arzu Bəndəliyevanın fədakar fəaliyyəti
Nağı İmanovun ayağı topuqdan amputasiya olundu
Ötən gün Xocalı rayonunun Ulubaba kəndi ərazisində minaya düşən Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlunun vəziyyəti açıqlanıb.
Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov xəstənin sağ aşağı ətrafı, baldır nahiyəsinin aşağı hissəsinin 3-də 1-i amputasiya olunduğunu bildirib.
"Nağı İmanov xəstəxanamıza çox ağır vəziyyətdə, həddindən artıq qan itirərək gəlmişdi. Dünənki gün üçün ağır olaraq dəyərləndirilirdi, ancaq bu gün vəziyyəti nisbətən stabilləşib və reanimasiya şöbəsinə köçürülüb. Xəstənin vəziyyətinin bir neçə gün sonra tam stabilləşəcəyi gözlənilir və ona qədər müalicəsi davam etdiriləcək”.
V.Məmmədov onu da vurğulayıb ki, xəstə hazırda ayılıb və suallara cavab verir:
"Amma çox qan itirdiyindən vəziyyətindəki ağırlıq qalmaqdadır, bunun üçün də müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Hər keçən gün həyati riskinin daha da azalacağı gözlənilir və 2 gün sonra vəziyyətinin daha stabilləşdiyini görmək mümkün olacaq”.
Qeyd edək ki, Nağı İmanov Birinci Qarabağ müharibəsi veteranıdır, o, Ağdərənin Sırxavənd kəndində anadan olub. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.























































