Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu
3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib.
“Qafqazinfo” Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat hadisədən təxminən 7 saat sonra Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında icra edilib.
Travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub.
Beş həkim tərəfindən təxminən 8 saat davam edən əməliyyatdan sonra xəstə 24 saat ərzində reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb və 2 gündən sonra palataya köçürülüb.
Hazırda xəstənin ümumi vəziyyəti qənaətbəxşdir.

























































