“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Çinin “süni günəş”i 2030-cu ildə sınaqdan keçiriləcək
Çin “süni günəş” adlandırılan nüvə sintezi layihəsində kritik bir mərhələni uğurla tamamlayıb.
“Qafqazinfo” xəbər verir ki, Anxoy əyalətinin Xefey şəhərində inşa edilən və BEST adlı təcrübə reaktorunu özündə birləşdirən tədqiqat şəhərciyi tam təhvil verilib.
Məlumata görə, bununla da layihədə əsas diqqət reaktorun həssas komponentlərinin bir araya gətirildiyi kritik quraşdırma prosesinə yönəldilib.
Çin Dövlət Televiziyasının (CCTV) yaydığı məlumata görə, əsas qurğunun montaj işlərinin yarıdan çoxu artıq yekunlaşıb. Tikinti və quraşdırma işlərinin 2027-ci ilin sonunda başa çatdırılması, 2030-cu ilə yaxın isə nümayiş sınaqlarının keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, nüvə sintezi təhlükəli tullantı yaratmadan demək olar ki, sonsuz enerji əldə etmək imkanına görə uzun müddətdir təmiz enerjinin müqəddəs mənbəyi sayılır. Bu proses Günəşin nüvəsində baş verən təbii reaksiyaları təqlid edir. Lakin bunu Yer kürəsində böyük miqyasda və sabit şəkildə həyata keçirmək həddindən artıq çətin olduğundan, indiyədək istifadəyə yararlı sintez texnologiyası yaradıla bilməyib.
BEST proqramında hazırkı mərhələ iç-içə keçən böyük hissələrin dəqiqliklə yerləşdirilməsini əhatə edir. Mərkəzdə sınaqların aparılacağı vakuum qabı, onun ətrafında isə istilik qalxanı və güclü maqnit sahəsi yaradacaq maqnitlər quraşdırılır.























































