Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - Foto
Bakının Xətai rayonundakı Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbinin müəllimi Aytəkin İmanova öz istəyi ilə işdən çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşan 20 illik pedaqoji fəaliyyəti olan müəllim bunu sertifikasiya imtahanlarından və maaş azlığından narazı olduğu üçün etdiyini bildirib.
“Ömrümün 20 ilini məktəbdə muəllimliyə həsr etdim, təəssüf. İrəlidəki 20 ilimi xilas etmək ümidi ilə işdən ayrıldım. Dövlət təhsil müəssisəsində olan pedaqoji fəaliyyətim ərzində sərf etdiyim əmək, stress və qazandığım məvacib arasında tarazlığın pozulması mənim həyat enerjimi tükətdi. “Müəllimlik şərəfli peşədir” kimi mənəvi manipulyasiyanın təsiri altında ömrümün ən məhsuldar, enerjili illərini sərf etdim. İndi 20 illik köləlik zəncirimi qırmağa cəsarət edirəm”.
Məsələ ilə bağlı 64 nömrəli məktəbdən “Azərbaycan müəllimi”nə bildirilib ki, İmanova Aytəkin Murad qızı 25 oktyabr 2006-cı ildən 11 sentyabr 2026-cı ilədək 11 nömrəli tam orta ümumtəhsil məktəbində biologiya müəllimi vəzifəsində çalışıb: “İşlədiyi müddət ərzində dəfələrlə ailə vəziyyətinə görə öz hesabına məzuniyyətə çıxıb və 6 saatdan artıq dərs tədris edib. Dərs yükünü az götürməsini isə öz maraq dairəsinə uyğun başqa peşələrə, kurslara və təlimlərə getməsi ilə əlaqələndirib.
10 sentyabr 2026-cı ildə məktəbə gələrək öz xahişi ilə ərizə yazıb və 11 sentyabr 2026-cı ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 (2A) maddəsinə əsasən işdən azad edilib. Məlum olduğu kimi, bu gün müəllimin əməkhaqqı tədris etdiyi dərs saatlarının miqdarından asılı olaraq dəyişir. Əgər müəllim az dərs saatı verilməsini istəyibsə, o zaman alacağı əməkhaqqının aşağı olacağı barədə məlumatlı olmalıdır.
Bundan başqa, bu gün kifayət qədər müəllim məktəbdəki fəaliyyəti ilə yanaşı, digər təhsil fəaliyyəti ilə də məşğul olmaq hüququna malikdir və buna Əmək Qanunvericiliyinin tələbləri çərçivəsində Aytəkin İmanovanın da fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmayıb”.























































