Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Bakıda daha 3 məktəb direktoru işdən çıxarıldı
Bakıda üç məktəb direktoru işdən azad olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Hər üç ümumi təhsil məktəbinin normal fəaliyyətinin təmin olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.
Məlumatda vurğulanıb ki, təhsil müəssisələrində monitorinqlər davamlı və ardıcıl olaraq həyata keçirilir.
Qeyd edək ki, 2 gün əvvəl Mehriban Ələkbərovanın işdən çıxarılması haqda xəbərlər yayılsa da, direktor özü bunu təkzib edərək “Hazırda işdə deyiləm. İşdən də çıxmamışam”, - deyə cavab vermişdi.
Xatırladaq ki, bir neçə gün öncə də fəaliyyətində yol verdiyi nöqsanlara görə bir neçə direktor cəzalandırılmışdı. Belə ki, 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova, 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli və 200 saylı Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva vəzifəsindən azad olunmuşdu.






















































