Xəbər Lenti
Bugün, 17:31
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
30-09-2026, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
30-09-2026, 14:41
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
29-09-2026, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Bu məktəbdə yoxlamalar aparıldı - Direktor işdən çıxarıldı
Mingəçevirdə məktəb direktoru işindən azad edilib.
Bu barədə “Qafqazinfo”ya Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhər V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəbdə bir neçə istiqamətdə yoxlamalar aparılıb və yoxlama zamanı təlim-tədris prosesinin təşkili, məktəbin idarəolunmasında neqativ hallar aşkar olunub.
Yoxlamanın nəticəsinə əsasən, adıçəkilən məktəbin direktoru Sevda İsmayılova 14 iyun 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə tutduğu direktor vəzifəsindən azad edilib.






















































