Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Suriyaya qoyduqları 47 illik məhdudiyyəti ləğv etdilər
ABŞ Suriyanı müdafiə ticarəti üzrə məhdudiyyətlərin tətbiq olunduğu ölkələr siyahısından çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, Beynəlxalq Silah Ticarəti Qaydalarına (ITAR) edilən dəyişikliklə Suriyaya müdafiə materialları və xidmətlərinin ixracı ilə bağlı əvvəlki ümumi məhdudiyyət aradan qaldırılıb.
Yeni qaydalara əsasən, Suriyaya müdafiə materialları və xidmətlərinin göndərilməsi ilə bağlı müraciətlər artıq avtomatik rədd edilməyəcək. Hər müraciət ayrıca qiymətləndiriləcək və müvafiq lisenziya əsasında qərar veriləcək.
Dövlət Departamenti bildirib ki, bu dəyişiklik terrorizmə dəstək statusunun ləğvi və ABŞ qanunvericiliyində nəzərdə tutulan digər hüquqi tələblərin yerinə yetirilməsindən sonra həyata keçirilib.
Yeni siyasət 19 avqust 2026-cı ildə qəbul edilən müdafiə ticarəti qərarına uyğun olaraq hazırlanıb və yekun qayda Federal Reyestrdə dərc olunub.
Qeyd edək ki, ABŞ Suriyaya qarşı müdafiə ticarəti məhdudiyyətlərini ilk dəfə 29 dekabr 1979-cu ildə tətbiq etmişdi.





















































