Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama

"Qida zəhərlənməsi hadisələrinin 65%-dən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Validə Sadıxova bildirib.
Şöbə müdiri vurğulayıb ki, kütləvi tədbirlər zamanı qidaların hazırlanması prosesində çarpaz çirklənmə, qida hazırlayan şəxslərin sağlamlıq vəziyyəti, hazır yeməklərin uyğun olmayan temperaturda saxlanılması, eləcə də daşınma şəraiti əsas risk faktorlarıdır.
Qida zəhərlənməsi hadisələrinin araşdırılmasında qalıq qida nümunələrinin saxlanılması və AQTA müfəttişlərinə təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Bu, hadisənin səbəblərinin müəyyənləşdirilməsinə və epidemioloji araşdırmanın düzgün aparılmasına imkan verir.
AQTA vətəndaşları kütləvi tədbirlər zamanı qidaların hazırlanması, saxlanılması və daşınması qaydalarına ciddi əməl etməyə, qida təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır.





















































