BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
“BBG Energy” beynəlxalq inkişaf strategiyası çərçivəsində Oman Sultanlığında fəaliyyətə başlayır. Şirkət bu istiqamətdə mühüm addım ataraq Omanın enerji sektorunda fəaliyyət göstərən “Hema Energy” ilə Tərəfdaşlıq Sazişi imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, imzalanmış saziş tərəflər arasında uzunmüddətli əməkdaşlığın qurulmasını, Oman bazarında yeni layihələrin və biznes imkanlarının birgə qiymətləndirilməsini, eləcə də enerji və sənaye sahələrində qarşılıqlı imkanların birləşdirilməsini nəzərdə tutur.
Bu tərəfdaşlıq “BBG Energy”nin Yaxın Şərq və Körfəz regionunda fəaliyyətinin genişləndirilməsi strategiyasının növbəti mərhələsidir. Şirkət Oman bazarında uzunmüddətli mövqe formalaşdırmağı, yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməyi və regionun enerji layihələrində fəal iştirak etməyi qarşıya məqsəd qoyur.
“BBG Energy”nin Əməliyyatlar üzrə direktoru Murad Hümbətov əməkdaşlıqla bağlı bildirib: “BBG Energy” üçün Oman bazarına daxil olmaq yalnız fəaliyyət coğrafiyamızın genişlənməsi deyil, Körfəz regionunda uzunmüddətli və dayanıqlı mövqe formalaşdırmaq strategiyamızın mühüm mərhələsidir. “Hema Energy” ilə tərəfdaşlıq yerli bazar təcrübəsini “BBG Energy”nin beynəlxalq imkanları və icra potensialı ilə birləşdirir. Məqsədimiz Oman enerji sektorunda etibarlı və uzunmüddətli tərəfdaş kimi möhkəm mövqe qurmaq, yeni layihələrin həyata keçirilməsində fəal iştirak etmək və tərəfdaşlarımız üçün real dəyər yaratmaqdır”.
“BBG Energy” və “Hema Energy” tərəflərin təcrübə, imkan və bazar biliklərini bir araya gətirərək Oman enerji sektorunda davamlı əməkdaşlıq modeli qurmağı hədəfləyir. Tərəfdaşlığın gələcək mərhələlərində konkret layihələr və əməkdaşlıq istiqamətləri üzrə birgə işlərin genişləndirilməsi nəzərdə tutulur.
“BBG Energy” haqqında
“BBG Energy” 2015-ci ildə təsis edilib və baş ofisi Bakı şəhərində yerləşir. Şirkət Azərbaycan, Gürcüstan, Türkiyə və Qətər’də fəaliyyət göstərən şirkətləri birləşdirir. “BBG Energy” enerji layihələri, tikinti, sənaye xidmətləri və beynəlxalq satınalma sahələrində fəaliyyət göstərir. Şirkətin əsas hədəflərindən biri beynəlxalq bazarlarda mövcudluğunu genişləndirmək və müxtəlif ölkələrdə uzunmüddətli tərəfdaşlıqlar qurmaqdır.
“Hema Energy” haqqında
“Hema Energy” 2011-ci ildə Omanda yaradılıb və baş ofisi Maskat şəhərində yerləşir. Şirkət neft-qaz və enerji sahəsində fəaliyyət göstərir, müxtəlif xidmətlər, avadanlıq və iş həlləri təqdim edir. “Hema Energy” Oman bazarında uzunillik fəaliyyət təcrübəsinə, yerli bazar biliyinə və geniş biznes əlaqələrinə malikdir.
























































