İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
Azərbaycan–Çexiya münasibətləri yeni və daha intensiv mərhələyə qədəm qoyur
Azərbaycan–Çexiya münasibətləri yeni və daha intensiv mərhələyə qədəm qoyur
Məşhur Məmmədov,
Milli Məclisin deputatı
2026-cı il aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilmiş görüş və mətbuata verilmiş bəyanat iki ölkə arasında münasibətlərin yeni və daha intensiv mərhələyə qədəm qoyduğunu göstərir.
Xatırladım ki, Azərbaycanla Çex Respublikası arasında diplomatik münasibətlər 1993-cü ildə qurulmuş və ötən dövr ərzində mərhələli şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu münasibətlər qarşılıqlı hörmət, suverenliyə dəstək və beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq formalaşmışdır.
2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün mühüm hüquqi baza yaratmışdır. Qarşılıqlı səfirliklərin fəaliyyəti və hökumətlərarası mexanizmlər əlaqələrin institusional inkişafına töhfə verir.
Parlamentlərarası əməkdaşlıq və rəsmi səfərlər isə siyasi dialoqun davamlılığını təmin edən əsas amillərdən biridir. Bütün bunlar Azərbaycanla Çexiya arasında münasibətlərin sabit və uzunmüddətli inkişaf xətti üzrə irəlilədiyini göstərir.
Dövlət başçısı bu görüşün ilk olmasına baxmayaraq məhsuldar keçdiyini vurğulayaraq həm ikitərəfli, həm regional, həm də qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldığını bildirmiş və bu dialoqun artıq davamlı və fəal xarakter aldığını qeyd etmişdir.
Bu səfər, eyni zamanda, Azərbaycanla Çex Respublikası arasında əlaqələrin dinamik inkişaf etdiyini təsdiqləməklə yanaşı, siyasi münasibətlərin institusional əsaslar üzərində möhkəmləndiyini və qarşılıqlı etimadın artdığını nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayıraraq qeyd etdi ki, ticarət dövriyyəsi artıq 800 milyon dollardan çox olsa da, onun strukturunda əsas payı enerji resursları, xüsusilə Azərbaycan nefti təşkil edir və bu səbəbdən tərəflər iqtisadi əlaqələrin daha balanslı və şaxələndirilmiş formada inkişaf etdirilməsində maraqlıdırlar.
Bu baxımdan Çexiyadan Azərbaycana geniş tərkibdə iş adamlarının səfəri və biznes forumun keçirilməsi yeni investisiya imkanlarının yaranmasına və mövcud layihələrin genişləndirilməsinə xidmət edir.
Bununla yanaşı, enerji sahəsində əməkdaşlıq münasibətlərin əsas sütunlarından biri kimi qalmaqda davam edir, çünki Azərbaycan uzun illərdir Çexiya üçün etibarlı enerji tərəfdaşıdır və Azərbaycan nefti bu ölkənin enerji balansında mühüm yer tutur.
Həmçinin Azərbaycanın təbii qazının 16 ölkəyə ixrac edilməsi və onlardan 10-nun Avropa İttifaqına üzv olması ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolunu göstərir və bu əməkdaşlığın artıq yalnız ticarət deyil, daha geniş və uzunmüddətli strateji tərəfdaşlıq kimi qiymətləndirildiyini təsdiqləyir.
Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunmuş, Azərbaycanın Çexiyadan hərbi təyinatlı məhsullar idxal etdiyi və hazırda birgə istehsal layihələri üzrə danışıqların aparıldığı qeyd edilmişdir ki, bu da Azərbaycanın yerli müdafiə sənayesinin inkişafı və texnoloji potensialının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı, tərəflər nəqliyyat, logistika, sənaye kooperasiyası və innovasiya sahələrində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq bu istiqamətdə konkret təşəbbüslərin irəli sürüldüyünü diqqətə çatdırdı.
Xüsusilə Orta Dəhliz çərçivəsində Azərbaycanın artan tranzit imkanları Çexiya üçün yeni iqtisadi perspektivlər açır və Avropa ilə Asiya arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.
Görüş zamanı humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, tələbə mübadiləsi proqramlarının artırılması və mədəni əlaqələrin inkişafı da gündəlikdə olan məsələlər sırasında qeyd edilmişdir.
Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi və növbəti iclasın keçirilməsi ilə bağlı razılıq isə əldə olunan razılaşmaların praktiki müstəviyə keçidini sürətləndirə bilər. Bundan əlavə, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətini vurğulamış və qlobal çağırışlar fonunda birgə fəaliyyətin vacibliyini qeyd etmişlər.
Bütün bu amillər göstərir ki, Azərbaycanla Çexiya arasında münasibətlər artıq yalnız ənənəvi diplomatik çərçivə ilə məhdudlaşmır, əksinə, siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və müdafiə sənayesi kimi strateji sahələri əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilkb.
İki ölkə arasında qarşılıqlı əməkdaşlıq nəticəsində gələcəkdə daha geniş perspektivlərin mövcud olduğu aydın görünür. Xüsusilə də iqtisadi əlaqələrin şaxələndirilməsi və texnoloji əməkdaşlığın dərinləşdirilməsi qarşıdakı dövr üçün əsas prioritetlər kimi çıxış edir.





















































