Xəbər Lenti
Dünən, 17:45
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
23-11-2026, 17:05
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
23-11-2026, 10:47
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Cənubi Qafqazda yeni dövr: Azərbaycan və ABŞ strateji tərəfdaş oldular

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 8-də tarixi Vaşinqton səfəri zamanı iki ölkə arasında önəmli Anlaşma Memorandumu imzalanıb.
Bu barədə "Haber Global" telekanalının süjetində məlumat verilib.
Bildirilir ki, memorandum Azərbaycan və ABŞ arasında münasibətlərin əməkdaşlıq səviyyəsindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini nəzərdə tutur.
Süjetdə Anlaşma Memorandumunun mətninin açıqlandığı vurğulanaraq, sənəddə müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlığa dair bəndin yer alması önəmli məqam kimi vurğulanıb.
Ümumilikdə Vaşinqton səfərinin iki ölkə arasında münasibətlərdə yeni mərhələyə qədəm qoyulduğu qeyd olunur.
Daha ətraflı süjetdə:























































