Xəbər Lenti
Dünən, 10:00
Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
1-01-2026, 11:39
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
1-01-2026, 11:35
Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra uşaq müəssisələrində Yeni il tədbiri keçirilib
1-01-2026, 11:28
Arzu Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzindən paylaşım edib
31-12-2025, 16:00
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
31-12-2025, 15:58
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
31-12-2025, 15:53
Yasamalın abadlığında fədakar rəhbər – Vüsal Hüseynovun məşəqqətli və uğurlu fəaliyyəti
31-12-2025, 14:56
Gələcəyin Sağlam Təməli – Uşaq bağçasının müdiri Əsmayə xanımın fədakar fəaliyyəti
31-12-2025, 13:36
Hacıbala Abutalıbov: Dövlətçiliyə Sədaqət, İdarəçilik Məktəbi və Xalqına Xidmət Nümunəsi
31-12-2025, 13:17
Bakı şəhəri 40-cı Polis Şöbəsinin sahə müvəkkili, polis Rəcəb Hüseynov: Xalqın asayişi və təhlükəsizliyi naminə fədakar xidmət nümunəsi
31-12-2025, 12:06
İş adamı Cəbrayıl Cəbrayılovdan Yeni 2026-cı il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi təbrik
31-12-2025, 11:48
Millət Vəkili Razi Nurullayevdən Yeni 2026-cı İl və Həmrəylik Günü Münasibətilə səmimi təbrik
31-12-2025, 11:35
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31-12-2025, 10:42
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31-12-2025, 08:51
Millət Vəkili Məlahət İbrahimqızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı ilin gəlişi münasibəti ilə təbrik etdi
Azərbaycan-Qazaxıstan sənədləri imzalandı
Avqustun 24-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.
“Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev imzalayıblar.
“Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev imzalayıblar.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”ı Azərbaycanın mədəniyyət naziri Anar Kərimov və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi imzalayıblar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın Baş nazirinin müavini vəzifəsini icra edən, ticarət və inteqrasiya naziri Serik Jumanqarin imzalayıblar.
Bundan əlavə, səfər çərçivəsində “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu”, “ADA Universiteti ilə Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Memorandum”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “QazaqGas” milli şirkət” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti” Səhmdar Cəmiyyəti ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair Memorandum”, “Azərbaycan Respublikasının Şuşa şəhəri və Qazaxıstan Respublikasının Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”, “Azərbaycan Respublikasının Mingəçevir şəhəri və Qazaxıstan Respublikasının Uralsk şəhəri arasında əməkdaşlıq haqqında Memorandum”, “Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Ticarət Siyasətinin İnkişafı Mərkəzi “QazTrade” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, “Ticarət Siyasətinin İnkişafı Mərkəzi “QazTrade” Səhmdar Cəmiyyəti, “Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”, “Ticarət Siyasətinin İnkişafı Mərkəzi “QazTrade” Səhmdar Cəmiyyəti, “Cool Infinity” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Foodcity Alliance” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”, “KTZ Express Hong Kong Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti və “ADY Container” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında tərəfdaşlıq haqqında Saziş” imzalanıb.























































