Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Meşə yanğınlarına görə ölüm hökmünü bərpa edirlər
Əlcəzair parlamentinin aşağı palatası meşələrdə və kənd təsərrüfatı ərazilərində qəsdən yanğın törədənlərə ölüm cəzası tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, qərar avqustun sonlarında ölkədə baş verən meşə yanğınlarında 12 nəfərin ölməsi və 54 nəfərin yaralanmasından sonra qəbul edilib.
Qanun layihəsinin qüvvəyə minməsi üçün parlamentin yuxarı palatasından keçməsi və Prezident Əbdülməcid Tebbunun imzası tələb olunur.
Layihədə müəyyən uşaq oğurluğu hallarına görə də ölüm cəzası nəzərdə tutulur. Digər ağır cinayətlərə görə də cəzaların sərtləşdirilməsi təklif edilir.
Əlcəzairdə ölüm hökmü qanuni olaraq qüvvədə olsa da, sonuncu edam 1993-cü ildə həyata keçirilib. İnsan hüquqları təşkilatları ölüm cəzasının yenidən tətbiqinə qarşı çıxıblar.
Qanun layihəsi yuxarı palatada da təsdiqlənərsə, prezidentin imzasından sonra qüvvəyə minəcək.





















































