Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
“Mən əbədiyyət üfüqlərində doğan günəşəm” — Şəhid Vidadi Nizami oğlu Zalovun əziz xatirəsinə...
Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Ölüm cəzası (İkinci hissə)
"Mən kimsəyə kin bəsləmirəm , məni edam etsələrdə , məni edam edənlərə dua edirəm"
Bediüzzaman Said Nursi
Ölüm cəzası cəzanın daha qədim növlərindən biridir və ilk olaraq " Talion Prinsipinin" realizəsi gedişində yaranmışdır: " gözə göz, dişə diş". Bu prinsipə əsasən , qəsdən adam öldürmüş şəxs üçün ədalətli cəza məhz ölüm cəzası sayılmışdır. Cinayət cəzasının bir növü kimi ölüm cəzası mütləq şəkildə bütün ölkələrin qanunvericiliyində mövcud olmuşdur. İyirminci əsrin sonuna doğru dünyada ölüm cəzasından imtina etmiş ölkələrin sayı 35 olmuşdur. Hazırda isə ölüm cəzası cəmi 39 ölkədə tətbiq edilir. Bunlar əsasən , Afrika, Yaxın Şərq və Asiya ölkələridir. Lakin bu siyahıya ABŞ, Yaponiya, Sinqapur kimi inkişaf etmiş ölkələr, Avropada isə bu cəza növünü saxlamaqla kifayətlənməyən və həmdə müntəzəm sürətdə icra edən Belarus Respublikası da daxildir.
Bu gün müasir dünyada müxtəlif ölüm cəzası növləri mövcuddur və tətbiq edilməkdədir.
1. Asaraq edam etmək( Misir, İran, İraq, Yaponiya, Pakistan, Əfqanistan, İordaniya, Yəmən, Sunqapur).
2. Güllələnmə( Belarus, Ş.Koreya, Vyetnam, Suriya).
3. Tapdalanma ( Hindistanın bəzi ştatları, bəzi Afrika ölkələri).
4. Elektrik oturacaq( ABŞ və vəzi Latın Amerikası dövlətləri).
5. Baş kəsmə ( S.Ərəbistan). Xüsusi cəlladlar vasitəsilə. Fransada 1977-ci ilədək Gilyotin vasitəsilə. Fransa 1981-ci ildə ölüm cəzasından imtina edib.
6. İnyeksiyayla( ABŞ , Tayland).
7. Daşqalaq ( İran ,Əfqanistan). Əsasən əxlaqsızlıq edənlər , zina işlətmiş qadınlar , dinə şəkk gətirənlər, insanlar tərəfindən daşa basılır.
Bu gün ABŞ- ın 32 ştatında ölüm cəzası tətbiq edilməkdədir. 1961-ci ildə ABŞ Ali Məhkəməsinin " Səkkizinci Düzəlişinə" rəğmən . Bu düzəlişə görə , ölüm cəzası " qəddar və qeyri-adi cəza olduğu və buna görədə Konstitusiyaya zidd olduğu irəli sürülüb.
Ümumiyyətlə ölüm cəzasından imtina etmiş ilk ölkə Venesueladır( 1863-cü il). Ardıcıl olaraq 1867-ci ildə Portuqaliya, 1868-ci ildə Meksika, 1870-ci ildə isə Niderland ölüm hökmünü ləğv etmişlər.
Ölüm hökmü elan edildikdən sonra , onun icrası dərhal , bir neçə gün sonra, bəzi hallarda isə illərlə uzana bilir. Məsələn SSRİ - in mövcudluğu dövründə , ölüm cəzasına məhkum edilənlərin ölüm hökmü icrası dərhal həyata keçirilirdi, xüsusən 30-cu illərin repressiya dövründə. ABŞ-da isə məsələn , 14 iyun 1975 - ci il tarixində Corciya ştatında , 24 yaşında öz həyat yoldaşını qətlə yetirən Cek Oldermen adlı şəxs 2008- ci ildə , yəni ölüm hökmündən düz 33 il keçdikdə edam edilmişdir. Bir maraqlı faktda ABŞ-da ölüm cəzasına məhkum olunanlar , cəzanın icrası günü , "Sonuncu Şam Yeməyi"- ingiliscə" Last Meal", hüququna malikdirlər.
SSRİ-da ölüm hökmü Ali Sovetin Rəyasət Heyətinin qərarı ilə 1947-ci ildə ləğv edilsədə , 1950-ci ildə bərpa olundu. Keçmiş SSRİ dövründə Azərbaycandada ölüm hökmü cəzası alan cinayətkarlar güllələnirdilər. Onların güllələnməsi Bayıl həbsxanasının 5-ci korpusunda baş verirdi. Orada sonuncu güllə səsi 1993-cü ilin fevral ayında eşidilib. Güllələnmədə " Naqan" tapancadan istifadə olunurdu. Qaydaya görə atəş məhbusun başının sol qulaq tərəfdən arxasına açılmalı idi. Belə olan halda bir atəş, məhbusu həyatdan məhrum etməyə kifayət edirdi. Digər SSRİ Respublikalarında olduğu kimi Azərbaycandada güllələnlərin cəsədləri yaxınlarına verilməyib və onlar naməlum qəbiristanlıqda ad və soyadları göstərilmədən basdırılırdılar.
1993-cü ildə Azərbaycanda ölüm hökmünə ilkin olaraq moratoriy qəbul edildi və onun icrası müvəqqəti dayandırıldı. Yalnız Ulu Öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünüm ləğv olunması haqqında təşəbbüslü ilə Milli Məclisə müraciət ünvanladı.
Milli Məclisin 10 fevral 1998-ci il tarixli qərarı ilə ölüm hökmü ləğv edildi. Ölüm cəzası maddəsi Cinayət Məcəlləsindən çıxarılaraq ömürlük azadlıqdan məhrum etmə maddəsi ilə əvəzləndi. O zaman 128 nəfərin cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzləndi. Hal-hazırda onlardan sağ qalanların satı 70-dir. Digərləri bu illər ərzində vəfat edib. Bu günkü gündə Azərbaycanda ömürlük həbs cəzasına məhkum olunanların sayı təxminən 290 nəfərdir. Son illərin statistikasına nəzər yetirsək bu durumu maşahidə etmiş olarıq"
2013-cü il - 15 nəfər.
2014-cü il- 13 nəfər.
2020-ci il- 3 nəfər.
2021-ci il- 4 nəfər.
2022-ci il- 2 nəfər.
2023-cü il- 3 nəfər.
2024-cü il- 2 nəfər.
2026-cı ilin fevral ayında erməni caniləri A.Aratunyan , Lyova Mnasakyan, David Manukyan , David İşxanyan, David Babayan ömürlük cəzaya məhkum edilmişlər.
Ulu Öndər Heydər Əliyev ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etmişdir.Bununla bağlı Ümummilli Lider Heydər Əliyevin çıxışından sitat" Ölüm hökmünün ləğvi hansısa cinayətkara rəhm etmək məqsədi daşımır, bu daha ümumbəşəri bir hadisədir. Biz bunu etməklə humanizm prinsiplərinə nə qədər önəm verdiyimizi sübut edirik".
Beləliklə Azərbaycan bu qərarla adını Şərqdə ölüm hökmünü ləğv edən ilk dövlət olaraq tarixə yazmışdır.
Ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım olmuşdur.
Hər il 10 oktyabr - Avropa və Ümumdünya Ölüm Cəzasına qarşı Mübarizə Günü kimi qeyd edilir.
Hüquqşünas , Kriminologiya üzrə ekspert Faxir Ağayev.






















































