Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
Dünən, 11:21

Faktiki hava açıqlandı

Bu gün imtahan var
Dünən, 11:18

Bu gün imtahan var

Savaşdan qələbəyə
11-07-2026, 16:04

Savaşdan qələbəyə

FHN daha bir təlim keçirdi
9-07-2026, 12:32

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 14:25

Sabah yağış yağacaq

04 May 2026 12:12Manşet / Gündəm

Ölüm Cəzası

 

               "Dar ağacına aparan


                 Yoldan başqa, sonu


                 Olan yolların hamısı


                 Yaxşıdır".


                          M.De Servantes


Ölüm cəzası  - cinayət törətməkdə ittiham olunan şəxsin edam edilməsini , öldürülməsini özündə ehtiva edən və yaşamaq hüququna zidd olan  qəddar, qeyri - insani və ləyaqəti alçaldan cəza növüdür. Ölüm cəzasına münasibət ayrı-ayrı zamanlarda müxtəlif olsada , onun hüquqi effektivliyi, dini baxımdan  ədalətli olması  və mənəvi - əxlaqi nöqteyi- nəzərdən  humanizm prinsiplərinə zidd olmaması  bu günkü günədək mübahisələr yaradır.Hüquqşünas alimlər, din xadimləri  və sosioloqlar müxtəlif fikirlər irəli sürür. Əslində ölüm cəzası ifadəsi özü-özlüyündə  dəhşətli səslənir  və məhkəmə zamanı hakim tərəfindən ölüm hökmü  çıxarılarkən ,- " Ölüm cəzasına məhkum edilsin" cümləsi , eşidilərkən  belə insanda  vahimə və qorxu hissi yaradır. Ölüm cəzası  ədalət, intiqam , yoxsa cinayətkarlığa  qarşı preventiv  tədbir? Məhz bu  məqamda fikirlər haçalanır.Bu suallara  cavab tapmaq üçün  hüquqşünas- kriminoloqların, filosofların və sosioloq alimıərin fikirlərini təhlil etmək zərurəti  yaranır.


Dahi alman filosofu F.Heqelə  istinad etsək , onun fikrincə :" Hüquq - fəlsəfənin bir hissəsidir" . Digər klassik filosoflar isə dini fəlsəfənin kənizi hesab edirdilər. Bu məntiqdən çıxış edərək, ölüm cəzası anlayışını dörd aspektdən araşdırıb təhlil etmək vacibdir. Burada  həm dini-fəlsəfi , həmdəki hüquqi -sosioloji  aspektlərin öyrənilməsi zəruridir.


 

ARHD.MEDİA