18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Dünyanın ən gənc monarxının yerinə televiziya aparıcısı kral oldu
Uqandanın tarixi Tooro Krallığında 34 yaşlı Kral IV Oyo Nyimba Kabamba İquru Rukidinin ölümündən sonra başlayan və həftələrdir davam edən varislik mübahisəsi başa çatıb. Kral ailəsi Oyonun əmisi oğlu, televiziya aparıcısı Şahzadə II Edvard Rukidi Kiyanqanoma Nyabonqonu yeni hökmdar seçib.
“Qafqazinfo” xəbər verir ki, Uqandanın ictimai yayımçısı UBC-də xəbər aparıcısı kimi çalışan Şahzadə Edvardın rəsmi mərasimlə Tooro taxtına çıxması gözlənilir.
Yeni kral taxta çıxmazdan əvvəl Tooroda keçirilən paradda iştirak edib.
Tooro Uqandanın dörd tarixi krallığından biridir. Hazırda bu krallıqlar məhdud siyasi səlahiyyətlərə malikdir və əsasən, mədəni qurumlar kimi fəaliyyət göstərir.
Kral Oyo 1995-ci ildə, cəmi 3 yaşında taxta çıxıb. O, həmin vaxt “Ginnesin Rekordlar Kitabı” tərəfindən dünyanın ən gənc monarxı kimi tanınıb. Oyo xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra 34 yaşında vəfat edib.
Kral Oyonun ölümündən sonra Tooroda yeni hökmdarın kim olacağı ilə bağlı ciddi varislik mübahisəsi yaranıb. Oyonun anası əvvəlcə kralın oğlu olduğunu bildirdiyi şəxsin taxta çıxmalı olduğunu müdafiə edib. O, mübahisə zamanı ev dustaqlığında saxlanıldığını da iddia edib. Lakin Babito kral klanı tərəfindən yaradılan seçki komitəsi bu tələbi qəbul etməyib. Nəticədə komitə Oyonun əmisi oğlu Şahzadə Edvardı yeni kral seçib.





















































