Menu
Xəbər Lenti
İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

02 Oktyabr 2026 09:19Manşet / Dünya

“Google” süni intellekti kosmosa çıxardı

 

“Google” süni intellekt avadanlıqlarını kosmosda sınaqdan keçirmək üçün “Project Suncatcher” çərçivəsində ilk prototip peykini orbitə çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, peyk “SpaceX”in “Transporter-18” missiyası çərçivəsində Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasından buraxılıb.

Şirkət bu missiya ilə məlumat mərkəzi səviyyəli süni intellekt emalının aşağı Yer orbitində mümkün olub-olmadığını yoxlayacaq. Peykin əsas məqsədlərindən biri çiplərin kosmosun radiasiya və digər ekstremal şərtlərinə davamlılığını, eləcə də, soyutma imkanlarını sınaqdan keçirməkdir.

“Google” gələcəkdə Günəş enerjisindən istifadə edən orbital məlumat mərkəzləri yaratmağı və süni intellekt infrastrukturunu kosmosda genişləndirməyi hədəfləyir.