26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Müəllimlərin peşə sağlamlığı: risklər, profilaktika və erkən diaqnostika” mövzusunda keçirilən seminarda müəllimlərin gündəlik iş rejiminin səs, dayaq-hərəkət sistemi və damar sağlamlığına təsiri diqqət mərkəzində olub.
Tədbirdə Olimp Hospitalın mütəxəssisləri - LOR həkimi, üz-çənə cərrahı Qəhrəman Qəhrəmanov, travmatoloq-ortoped Nicat Səttarov və fleboloq-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əsgərov çıxış ediblər.
Həkimlər müəllimlərin peşə fəaliyyəti zamanı qarşılaşdıqları sağlamlıq problemləri, onların yaranma səbəbləri və profilaktikası barədə məlumat veriblər. Çıxışlarda səsin intensiv istifadəsi nəticəsində yaranan problemlər, oturaq həyat tərzinin və ayaqüstə işləməyin dayaq-hərəkət sisteminə təsiri, bel, boyun və oynaq ağrıları, eləcə də venoz qan dövranı pozuntuları və varikoz xəstəliyinin əlamətləri müzakirə olunub.
Seminar interaktiv formatda davam edib. Müəllimlər həkimlərə suallar ünvanlayıb, gündəlik iş həyatında qarşılaşdıqları sağlamlıq problemləri ilə bağlı müzakirələr aparıb və profilaktik tədbirlərin tətbiqi ilə bağlı mütəxəssislərin tövsiyələrini dinləyiblər.
Tədbir çərçivəsində müəllimlər üçün ödənişsiz profilaktik tibbi müayinələr də keçirilib. Müayinələr sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və mümkün problemlərin erkən mərhələdə aşkarlanmasının əhəmiyyətinə diqqət çəkmək məqsədi daşıyıb.
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkil etdiyi təşəbbüs müəllimlərin sağlamlığının qorunmasına dəstək verməklə yanaşı, peşə sağlamlığı sahəsində tibbi maarifləndirmənin və profilaktik yanaşmanın təşviqinə töhfə verib.
Olimp Hospital – Dərsimiz sağlamlıqdır!
Xezertv.info




























































