Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
Qadın evində yanaraq öldü - Oğlu saxlanıldı-Yenilənib
Tovuzda fərdi yaşayış evində yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb.
Belə ki, hadisə zamanı Nüşabə Hüseynova yanıq xəsarətləri alıb. İlkin məlumata görə, qadın xəstəxanaya aparılsa da, onun öldüyü müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.
***
APA ilkin məlumata əsasən xəbər verir ki, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb.
Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E. Hüseynli saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Tovuzun Qovlar şəhəri, Xəqani küçəsində fərdi yaşayış evində yanğın baş verməsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 100kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin bir otağında yataq dəsti və döşəmə 1kv.m sahədə yanıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Hüseynova Nüşabə Musa qızı vəfat edib.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.





















































