Menu
Xəbər Lenti
Tramp Çinə gedir
Bugün, 08:48

Tramp Çinə gedir

13 May 2026 15:15Manşet / Gündəm / Sosial

Kriminologiyanın anlayışı

 

" Zərurət  doğurmayan  hər bir  cəza tiranlıqdır. Cəza  baş vermiş cinayətin təbiətinə uyğun olmalıdır".


Şarl  Monteskye


Kriminologiya - ( latın sözü crime- cinayət və yunan sözü logos- təlim) - cinayətkarlığı öyrənən elmdir. İlk dəfə Kriminologiya terminin 1879- cu ildə  Topinar adlı antropoloq  istifadə etmişdir.1885-ci ildə isə "Kriminologiya" adlı kitabı italyan Rafayel Qarofalo dərc etmişdir.


Kriminologiya - cinayətkarlığın yaranmasını , onun inkişafını , cinayətkarlığın səbəblərinin və şəraitinin , cinayətkarın şəxsiyyətinin və həmçinin cinayətin qarşısının alınmasında preventiv tədbirlərin mexanizminin öyrənən elmdir. Kriminologiya  həm hüquqi həmdə ki sosial elmdir.


Kriminologiyanın predmeti beş əsas elementdən ibarətdir:


1). Cinayətkarlıq.


2). Cinatətkarlığın səbəbi və şəraiti.


3). Cinayətkarın şəxsiyyəti.


4). Cinayətin qurbanı.


5). Cinayətin qarşısının alınması.


Kriminologiya bir müstəqil elm kimi  aşağıdakı elmlərlə  sıx  əlaqəlidir:


1. Hüquq- cinayət hüquq qanunvericiliyin və məhkəmə təcrübəsinin  analizi, cinayət və cəzaların  klassifikasiyası.


2. Sosiologiya - cinayətkarlıq kontekstində , fərdlərin hərəkətlərinə təsir edən sosial faktorları öyrənir.


3. Psixologiya-cinayətin törədilməsində  cinayətkarların şəxsi və psixoloji faktorların, həmçinin cinayətkarların motivlərinin  öyrənilməsi.


4. Tibb- ( xüsusilə  tibbi psixiatriya) insanın  cinayətə münasibətdə  fizioloji və psixi  amillərin öyrənilməsi və cinayətin açılmasında tibbin rolu.


5. İqtisadiyyat-  cinayətkarlığın inkişafına səbəb olan iqtisadi amillərin öyrənilməsi( yoxsulluq, işsizlik).


Kriminologiyada üç əsas  məktəb mövcuddur:


1.  Klassik məktəb .


Nümayəndəri: Çezare Bekkaria, Deni Didro, Şarl Monteskye və Tomas Mor.


Əsas prinsiplər: a). zərurət yoxsa cəza təyin edilməməlidir; b). cinayətkara münasibət insanpərvər olmalıdır; c). cinayətin qarşısını almaq , cinayətə görə cəza təyin etməkdən daha vacibdir; d). cəzanın ağırlığı cinayətin ağırlığına uyğun olmalıdır.


2.Antropoloji məktəb .


Nümayəndələri: Çezare Lombrozo , Dmitriy Dril.


Əsas prinsiplər: a). anadan doğulan cinayətkarın olması; b). cinayətkarların  antroploji xüsusiyyətlərə görə klassifikasiyası;c). insanın xarakterində cinayətə meyillilik elementlərinin olması; d). cinayətin səbəbi  cinayətkarın hərəkətində deyil , onun antropoligiyasındadır.


3. Cinayət Sosiologiyası cərəyanı.


4. Nümayəndələri: Enriko Ferri , Frans fon List , Güstav  Aşaffenberq.


Əsas prinsiplər: a). cinayətin genezisini  həm cinayətkarda axtarmaq  həmdə  cinayətkarın  yaşadığı mühitdə ;b). cəza cinayətkarlıqla  mübarizədə ən effektiv vasitə  deyil , daha güclü təsirə  malik  preventiv tədbirlərdir;c). cinayətkar tədricən formalaşır və cinayət törədir;d). sosioloji faktorların təsiri;e).cinayətin səbəbini cinayətkarda yox , cinayətkarın yaşadığı mühitdə axtarmaq gərək.


Cinayətkarın şəxsiyyəti kriminologiyada başlıca problemlərdən biri sayılır. Cinayətkar davranışın törədilməsində əsas səbəblərdən müəyyən qismini subyektiv determinantlar tutur.


Hər insan bir tərəfdən bioloji , digər tərəfdən isə sosioloji varlıqdır. Onu bioloji varlıq kimi  səciyyələndirən xüsusiyyətlər fərd termini , sosial varlıq kimi səciyyələndirən xüsusiyyətlər şəxsiyyət termini ilə ifadə olunur.


Şəxsiyyət insanın sosial keyfiyyətinin təzahür formasıdır. Bu keyfiyyətlər insanda anadan olduğu andan yox , ictimai münasibətlərin axarında yaranır. İnsan şəxsiyyəti bir növ ictimai münasibətlər prosesində  sosiallaşmanın məhsulu sayılır.O, cəmiyyətdə digər insanlarla ünsiyyətdə olaraq yaşayır və  şəxsiyyət kimi formalaşaraq inkişaf edir.Beləliklə  insanın şəxsiyyəti dedikdə , onun sosial mühitdə əlaqəsini və qarşılıqlı təsirini özündə əks etdirən sosial psixoloji  xüsusiyyətlərin cəmi başa düşülür.


Cinayətkarın şəxsiyyəti də insanın sosial məzmunu ilə bağlıdır. Cinayətkarın şəxsiyyətinə təsir etməklə biz cinayətkarlığa dağıdıcı təsir göstərmiş oluruq.


Kriminoloq alimlərin cinayətkarın şəxsiyyətinin anlayışına dair fikirləri müxtəlifdir.Onlardan bəziləri  hesab edirlər ki , cinayətkarın şəxsiyyəti dedikdə insanın cinayət törətməsinə  şərait yaradan kriminoloji xüsusiyyətlərinin  cəmi kimi müəyyən qism alimlərin fikrincə isə cinayətkarın şəxsiyyəti dedikdə  cinayət törətmiş  , ictimai maraqlara mənfi münasibət bəsləyən , ictimai təhlükəli yol seçən insan başa düşülür.


V.N.Volkov dünyada bir-birini təkrarlayan şəxsiyyətin olmadığını vurğulayaraq hesab edirdi ki , şəxsiyyət dedikdə aşağıdakılar başa düşülməlidir:


1. Sosial münasibətlərin və düşünülmüş fəaliyyətin subyekti.


2. Onu xarakterizə edən sosial əhəmiyyətli bioloji  xüsusiyyətlərin dayanıqlı sistemi.


3. Psixikanın həyat prosesində əldə edilmiş imkan və xüsusiyyətlərinin daşıyıcısı.


Fikrimcə  cinayətkarın şəxsiyyəti - cinayət törətmiş şəxsi xarakterizə edən və onun cinayətkar davranışına təsir göstərən  sosial psixoloji , psixofizioloji, sisial- demoqrafik , cinayət- hüquqi əlamətlərin , xüsusiyyətlərin , əlaqə və münasibətlərin cəmidir.


Şəxsin cinayət törətməsinə təkan  verən xüsusiyyətləri müəyyən dövr ərzində yaranır və onun " Kriminogen" şəxsiyyət kimi formalaşmasına səbəb olur. Kriminogenlik  cinayət törətməyə meyli ilə seçilən şəxsin xarakteristikasını əks etdirir. O , insanda anadangəlmə olaraq mövcud olmur, onun fərdi xüsusiyyətlərinin neqativ mikromühitlə təsiri prosesində yaranır.


Kriminogen şəxsiyyət yalnız bir nəticə kimi deyil , həmçinin onun formalaşması prosesi də nəzərdən  keçirilməlidir. Kriminogen şəxsiyyətin formalaşması  cinayətin törədilməsi anından  çox əvvəl başlayır və sonu cinayət törədildikdən sonra da davam edə bilər.


Cinayət törətmiş şəxslərin aşağıdakı tipləri vardır:


1. Təsadüfi ( ehtiyyatsız ) tip - cinayəti ehtiyyatsızlıqdan törədən şəxslər.


2. Şəraitin təsiri altında cinayət törədən ( situativ ) tip- xarici mühitin qeyri qənaətbəxş təsiri altında cinayət törədən şəxs.


3. Qəddar tip- əvvəllər dəfələrlə  cinayət törətmiş, lakin onlara görə heç bir  cinayət-hüquqi təsirə məruz qalmamış şəxs.


4.  Xüsusilə qəddar tip- cinayət hüquqi təsirə məruz qalmağına baxmayaraq yenidən cinayət törətmiş şəxs.


5. Peşakar tip- bu tipə aid olan şəxslər kriminal yönümdə  ixtisaslaşır  və maddi durumlarının mənbəyi cinatətkar fəaliyuətdir.


 

Hüquqşünas, Kriminologiya üzrə ekspert Faxir Ağayev.


 

ARHDA.MEDIA