Menu
Xəbər Lenti
Bu gün 5 matç var
28-10-2026, 10:30

Bu gün 5 matç var

İsmail Kartal qəza etdi
28-10-2026, 09:33

İsmail Kartal qəza etdi

21 Yanvar 2023 21:45Hadisə

DİN: Ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub

Yanvarın 27-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarılan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.