Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Rəqs edin, cavan qalın
İdman dedikdə ağlımıza adətən gəzmək, qaçmaq, futbol oynamaq və velosiped sürmək kimi fəaliyyətlər gəlir. Ancaq bizi fiziki cəhətdən sağlam saxlaya biləcək başqa bir əyləncəli üsul isə rəqsdir.
“Qafqazinfo” xəbər verir ki, rəqs demək olar ki, hər kəsin zövq alacağı bir fəaliyyətdir. Rəqs edən birini seyr edəndə onun üzündə böyük təbəssüm görə bilərik.

Rəqs edərkən gülümsəmək və gülmək çox təbiidir. Bunun səbəbi, həqiqətən rəqs edərkən çox əylənməyinizdir. Həmçinin, rəqsin digər məşqlər kimi yaş məhdudiyyəti yoxdur. Hər yaşda olan insanlar rəqs edə bilərlər.
Çoxsaylı araşdırmalar göstərir ki, rəqslə məşğul olmaq Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərin hərəkət fəallığını xeyli artırır.

Rəqs bəzən depressiyanın qarşısını almağa kömək edir. Öyrəndiyiniz hər yeni rəqs hərəkəti ilə həm enerji səviyyəniz, həm də özünə inamınız artır. Davamlı rəqs zamanı insan kolori yandırır ki, bu da artıq çəkilərdən xilas olmaq üçün əla vasitədir.
Rəqs sosial fəaliyyətdir. Həmçinin rəqs etmək yeni insanlarla tanış olmağa imkan verir. Rəqs dərslərində iştirak sosial bacarıqlarınızı artırır. Fiziki məşq stressi və gərginliyi azaldırsa, rəqs ümumiyyətlə özünüzü yaxşı hiss etməyinizə səbəb olur.
“New England Journal of Medicine” jurnalında aparılan bir araşdırmaya görə, rəqs yaddaşı yaxşılaşdırır və yaşlandıqca demansın qarşısını alır. Tədqiqatlarla sübut olunub ki, aerobik məşqlər beynin yaddaşa nəzarət edən hissəsi olan hipokampusun həcmini itirməsinin qarşısını alır.

Yaşlı iştirakçılar üzərində aparılan bir araşdırma göstərib ki, tez-tez rəqs etmək Alzheimer xəstəliyinin təsirlərini dayandırmağa kömək edir. Alzheimer xəstələrinin əvvəllər bildikləri musiqi sədaları altında rəqs edərkən unudulmuş xatirələrini xatırlaya bildikləri də müşahidə edilib.
Hazırkı araşdırmalar göstərir ki, rəqs də zəkanı artırır. Zəkanın mahiyyəti qərar qəbul etmək bacarığındadır. Zehni aydınlığı artırmaq üçün ən faydalı üsul tez qərarlar qəbul etməyinizi tələb edən fəaliyyətlərlə məşğul olmaqdır (saniyələr ərzində). Buna görə də, zəkanızı və yaddaşınızı inkişaf etdirmək üçün rəqs etmək çox faydalı olacaq.

























































