Xəbər Lenti
Bugün, 13:13
Polis polkovniki Vüqar Ağayevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edirik!
Dünən, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
01 Dekabr 2022 15:43---
Qeyri-maddi mədəni irs siyahısına müasir rəqs əlavə edilib
“Alman dalğası” nəşri UNESCO-nun bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs siyahısına daxil olan adları sadalayaraq Azərbaycan milli qadın baş örtüyü olan kəlağayını qeyd edib.
AZƏRTAC xəbər verir ki, nəşr dünən müasir rəqsin siyahıya daxil olunmasından bəhs edib. Materialda qeyd olunur ki, bu sənəd əsasında qorunacaq obyektlərin siyahısı bəşəriyyətin mədəni irsinin rəngarəngliyini nümayiş etdirir, adət-ənənələrin əhəmiyyətini göstərir, həmçinin onların tamamilə yox olmaq təhlükəsini vurğulayır. Almaniya tərəfindən konvensiyanın 2013-cü ildə ratifikasiya edildiyi qeyd olunur.
Məlumatda qeyri-maddi mədəni irs siyahılarının artıq 140 ölkədən 600-dən çox elementi ehtiva etdirdiyi deyilir. Onların arasında, misal üçün, kəlağayı, qırğız və qazax yurdlarının hazırlanması bacarıqları, Braziliya milli döyüş sənəti kapoeyra və yapon kağız istehsalı ənənəsi də yer alıb.
Noyabrın 28-dən dekabrın 3-dək Mərakeşin paytaxtı Rabatda keçirilən UNESCO-nun iclasında Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi ilə bağlı qərarlar qəbul olunur. Noyabrın 30-da UNESCO müasir rəqslə yanaşı, fransız bagetini də bu siyahıya daxil edib.