Xəbər Lenti
16-07-2026, 11:52
Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
15-07-2026, 19:00
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
15-07-2026, 18:33
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
15-07-2026, 11:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
15-07-2026, 11:00
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
14-07-2026, 20:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
14-07-2026, 17:23
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
14-07-2026, 17:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
14-07-2026, 16:55
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
14-07-2026, 14:33
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... - Həyat kitabında yeni bir səhifə açılır
İspaniya kralı VI Felipenın və kraliça Letisiyanın böyük qızı, Asturias şahzadəsi Leonor artıq həyatının yeni mərhələsinə qədəm qoyur. Məktəb illərini başa vurub, hərbi təhsilinin də sonuna yaxınlaşan gənc şahzadə 20 yaşını qeyd edib.
Qaynarinfo xəbər verir ki, ram Leonor de Todos los Santos de Borbon y Ortiz olan gənc varis, dünyaya gələndən bəri milyonların diqqət mərkəzində olub. Körpəlik illərini valideynlərinin himayəsində keçirən Leonor böyüdükcə artıq öz şəxsiyyəti və duruşu ilə diqqət cəlb etməyə başlayıb.
Uşaqlıqdan taxt yolunda
2005-ci ildə doğulan şahzadə hələ kiçik yaşlarından krallığın gələcək kraliçası kimi tərbiyə alır. Əksər rəsmi tədbirlərdə valideynləri ilə birlikdə iştirak edən Leonor, bəzən iki yaş kiçik bacısı şahzadə Sofiya ilə təkbaşına da çıxış edir.
Keçən həftə ölkənin ən nüfuzlu mükafatı olan "Asturias şahzadəsi" mükafatlarının təqdimat mərasimində etdiyi çıxışla da diqqət mərkəzinə düşüb. Artıq səsi titrəmədən, daha inamlı danışan Leonor, bu nitqi ilə yetkinləşdiyini bir daha nümayiş etdirib.
Hərbi təhsildən kraliça yoluna
İspaniyada ənənəyə görə, həm atasının, həm də anasının soyadını daşıyan şahzadə, son illərdə aldığı hərbi təhsil ilə gündəmdədir. Quru və dəniz qüvvələrindəki hazırlıq mərhələlərini başa vurduqdan sonra hazırda hava qüvvələrində xidmətini davam etdirir. Bu prosesin yaxın vaxtlarda yekunlaşacağı bildirilir.
Bundan öncə Leonor Avropadakı digər vəliəhd şahzadələrin də oxuduğu Uelsdəki "UWC Atlantic Kolleci"ndə təhsil almışdı. Bu məktəbin məzunları arasında Niderland şahzadəsi Aleksiya, Belçika şahzadəsi Elizabet və Niderland kralı Villem Aleksandr da var.

Krallığın parlayan üzü
Bir vaxtlar korrupsiya və şəxsi qalmaqallarla gündəmə gələn İspaniya kral ailəsinin imici, məhz Leonor və bacısı Sofiyanın sayəsində yenilənib. Kral Xuan Karlosun taxtdan imtinasından sonra ailənin siması dəyişib və yeni nəsil - Leonorla Sofiya - "krallığın parlayan üzləri” kimi tanınmağa başlayıblar.
Kraliça Letisiya tez-tez ictimai tədbirlərdə qızı Leonoru ön plana çıxarır, bəzən hətta özünü kölgədə saxlamağa çalışır. Onun bu jesti həm analıq, həm də dövlət imici baxımından diqqət çəkir.

Gözəllik və tənqidlər
Leonor mavi gözləri, parlaq dərisi və zərif görünüşü ilə çoxları tərəfindən gözəl hesab edilsə də, bəzi kiçik fiziki detallara görə sosial şəbəkələrdə əsassız tənqidlərə də məruz qalıb. Hətta bir müddət onun dişlərinin forması belə müzakirə mövzusuna çevrilmişdi. Lakin zamanla gənc şahzadə bu cür şayiələrin fövqündə durmağı bacarıb və daha inamlı obraz formalaşdırıb.
Yeni dövrün şahzadəsi
Leonor həm simvolik, həm də real mənada "yeni nəsil vəliəhdlər”dan biridir. O, Avropanın müxtəlif krallıqlarında taxta çıxmağa hazırlaşan həmyaşıd şahzadələrlə bir sıradadır. Hazırda Leonor və bacısı Sofiya valideynləri ilə birlikdə rəsmi səfərlərdə iştirak edərək artıq beynəlxalq səviyyədə tanınırlar.
İspaniya monarxiyasının gələcəyi məhz bu iki gənc qadının üzərində qurulur. Həyatında məktəb illəri və hərbi təhsil mərhələsini başa vuran Leonor üçün qarşıda yalnız bir böyük hadisə – gələcəkdə baş tutacaq kraliça toy mərasimi qalır.
Aydın























































