Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
Oğluna görə işdən çıxdı - “Özünə xəsarət yetirirdi”
“Mançester Yunayted”in əfsanəvi yarımmüdafiəçisi Pol Skoulz televiziya şərhçiliyi fəaliyyətini dayandırmasının səbəbini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, keçmiş futbolçu “Stick to Football” podkastında 20 yaşlı autizm sindromlu oğlu Aiden haqqında danışaraq, həyatını tamamilə onun gündəlik rejiminə uyğunlaşdırdığını bildirib.
“İndi edəcəyim hər şey onun gününə uyğun qurulur. Mən studiyada işləyirəm, amma hər şey onun vaxtına əsaslanır. Keçən mövsüm, məsələn, cümə axşamları Avropa Liqasında “Mançester Yunayted”in oyunlarını şərh edirdim, halbuki həmin axşamlar, adətən, onunla oluram. O isə dərhal narahatlaşır, özünə xəsarət yetirirdi, çünki rejim pozulmuşdu”, – deyə Skoulz bildirib.
Xatırladaq ki, P. Skoulz bütün peşəkar karyerasını “Mançester Yunayted”də keçirib. O burada 716 rəsmi oyuna çıxıb, 155 qol vurub və 82 məhsuldar ötürmə verib. Əfsanəvi yarımmüdafiəçi İngiltərə millisinin heyətində də 66 oyun keçirib.






















































