Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qrant layihəsi çərçivəsində şagirdlərin həyati bacarıqlarının inkişafına yönəlik təlimlər davam edir
Lerik rayonundan – Küsəkəran kəndindən baslanan, cəmiyyətə faydalı ömur yolu: Ataxan Əliyev
İçərişəhərdə Zeytun Festivalı davam edir
Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalı keçirilir.
“Qafqazinfo” xəbər verir ki, “Absheron Olive Garden”, “Zire Olives” və “Olivea” şirkətlərinin sponsorluğu ilə keçirilən festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.
Tədbirə qatılan Prezidentin köməkçisi Anar Ələkbərov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov festival pavilyonlarını ziyarət ediblər. Rəsmilər Qoşaqala meydanında qurulan stendlərlə tanış olub, yerli istehsalçıların məhsullarını nəzərdən keçirib, zeytunçuluğun inkişafı, yeni istehsal texnologiyaları və məhsul çeşidləri barədə məlumat alıblar.
Azərbaycanın kənd təsərrüfatı sektorunda bu kimi təşəbbüslərin xüsusi önəm daşıdığı, yerli brendlərin tanıdılmasına, kiçik və orta sahibkarların bazara çıxış imkanlarının genişlənməsinə mühüm dəstək olduğu bildirilib.
Son illər ölkəmizdə zeytun bağlarının sahəsinin genişləndiyi, emal müəssisələrinin modernləşdiyi, festivalın yerli istehsalçıları və istehlakçıları bir araya gətirməsi baxımdan əhəmiyyətli olduğunu qeyd edib.
Festival çərçivəsində retro avtomobillərin nümayişi, tematik sərgilər və zeytundan istifadə üzrə ustad dərsləri keçirilir. Eyni zamanda, İçərişəhərdə fəaliyyət göstərən 17-dən çox restoran tədbirə qoşularaq zeytun və zeytun yağı əsasında xüsusi menyular hazırlayır.
Ziyarətçilər üçün açıq havada yaradılan bu zövqlü ab-hava, İçərişəhərin tarixi mühiti ilə birləşərək, festivalı əsl bayram atmosferinə çevirib. Qonaqlar burada həm milli mətbəxin zənginliyini, həm də yerli istehsalın keyfiyyətini əks etdirən xüsusi təamların dadına baxmaq imkanı əldə edirlər.
























































