Xəbər Lenti
Dünən, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Kənd təsərrüfatı naziri aqrar sahə üzrə ixtisaslaşmış startapçılarla görüşüb

Kənd təsərrüfatı naziri İnam Kərimov aqrar sahədə keçirilmiş müsabiqə və yarışmaların qalibi olan startapçılarla görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, görüşdə çıxış edən nazir bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq bütün sahələrdə innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. İnnovasiyaların tətbiqi Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin üç ana prinsipindən biridir. Aqrar sahədə məhsuldarlığın yüksəldilməsi və aqrar idarəetmənin təkmilləşdirilməsi məqsədilə kənd təsərrüfatında innovasiyaların təşviq və tətbiqi, aqrar startapların inkişafı, innovasiyalardan və rəqəmsal texnologiyalardan geniş istifadə olunması üçün dəstək tədbirləri davam etdiriləcək.
Görüşdə iştirak edən “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı, “Agro X”, “Greenovation”, “Ideathon on Agrinnovation”, “Baku Food Hackathon” müsabiqəsinin iştirakçıları öz layihələri və yaratdıqları yeni məhsul və həllərin prototipləri barədə ətraflı məlumat veriblər. Tədbirdə fındıq məhsulunu toplayan qurğu, arıçılıqda “varatoz” gənəsinə qarşı mübarizə, yerli bal istehsalçıları arasında birbaşa əlaqələrin qurulması üzrə platforma, suvarmanın süni intellektlə idarəolunması avadanlığı, ağıllı istixana idarəetmə sistemi, sitrus meyvələrinin emalı üçün biotexnoloji laboratoriya, balıq yetişdirmə və hidroponik əkinçiliyin sintezinə əsaslanan sistem barədə təqdimatlar keçirilib, məhsulların prototipləri əyani nümayiş olunub.
Startap layihələrinin müəllifləri bölgələrdə keçirilən innovasiya festivallarında iştirak etdiklərini bildirib, fermerlərlə birbaşa əlaqələrin qurulmasında göstərilən dəstəyə görə Aqrar İnnovasiya Mərkəzinə təşəkkür ediblər.























































