İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Payız gəldi, həbsə getdi onlar...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yenidən silsilə əməliyyatlara start verib. Son aylarda ardıcıl bir neçə məmur həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, Qaxdan başlayan əməliyyatlar bu gün Balakənə çatıb. Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev artıq qandallanıb.
İslam Rzayev də Vilyam Hacıyev kimi korrupsioner kolleqasından təsirlənib. İndi də isti kreslosundan götürülüb qanun qarşısında cavab vermək üçün Bakıya gətirilir.
Son hadisələrdən ən diqqətçəkəni isə sözsüz ki, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” hesab edən Ramiz Mehdiyev və Adnan Əhmədzadənin cinayət məsuliyyətinə cəlb olunmasıdır.
Adnanın həbsinin “40”ı çıxmamış Ramiz Mehdiyevin ifşa edilməsi illərlə formalaşmış gizli sistemin sonunu gətirə bilər. Artıq DTX bu istiqamətdə geniş araşdırmalara başlayıb. Mehdiyevin adamları bir-bir istintaq nəzarətinə alınır.
Hətta bu gün saxlanılan “Hürriyyət TV”nin rəhbəri Vüqar Məmmədovun da həmin sistemin nümayəndələrindən biri olduğu deyilir. Yəqin ki, bu barədə yaxın günlərdə daha geniş məlumat yayılacaq.
İndi isə “payız dalğası”nın apardıqlarını yada salaq:
• Adnan Əhmədzadə - iqtisadi təhlükəsizliyə qarşı təxribat, korrupsiya;
• Ramiz Mehdiyev - dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, cinayət yolu ilə qazanılmış pulları leqallaşdırma;
• İslam Rzayev - korrupsiya;
Bu yerdə payıza az qalmış həbsə gedən Qaxın icra başçısı Musa Şəkiliyevi və sinəsinə rus imperiyasının rəmzi olan “Georgi lenti”ni taxıb öyünən “ağsaqqal” Saleh Səmədovu da unutmaq olmaz. Özü ilə birgə övladlarının da karyerasını məhv edən Saleh Səmədov indi hərəkətlərinə görə vicdanı qarşısında özü-özünə, dövlət vəsaitini taladığı üçün istintaqa hesabat verir.
Bütün bu olanlar isə bir daha təsdiq edir ki, dövlətin qanunla qorunan mənafelərinə zərbə vuran istənilən şəxs-istər sabiq, istərsə də indiki məmur olsun gec-tez DTX-nin təcridxanasının havasını udacaq.
Sail Ağasəlim






















































