Menu
Xəbər Lenti
Bu gün millimizin oyunu var
13-11-2026, 10:05

Bu gün millimizin oyunu var

“Azeri Light” ucuzlaşdı
11-11-2026, 10:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 10:18

Pezeşkian Türkiyəyə gedir

31 Oktyabr 2025 05:37Manşet / Kriminal

Arvadının saçını keçəl edən ər - Həbs olundu

 

Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iki gün əvvəl gecə saatlarında bir qadının həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub. Videoda kişinin həyat yoldaşının saçını keçəl etməklə ona əzab verdiyi əks olunub. Həmin kadrlar əməli törədən şəxs tərəfindən sosial şəbəkədə paylaşılıb.

T.Məmmədov polis tərəfindən saxlanılaraq əzab vermə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.