Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Dünyanın ən hündür kilsə qülləsi o oldu
Barselonadakı Saqrada Familia kilsəsinin (Müqəddəs Ailə kilsəsi) mərkəzi qülləsi Ulmdakı məşhur Münster kilsəsini geridə qoyaraq, dünyanın ən hündür kilsə qülləsi ünvanını əldə edib.
“Qafqazinfo”nun xəbərinə görə, Saqrada Familia kilsəsində inşaatın son mərhələsində mərkəzi qülləyə xaçın ilk hissəsinin quraşdırılması yeni rekorda səbəb olub.
İsa Məsihə həsr olunmuş mərkəzi qüllənin hündürlüyü xaçın aşağı hissəsinin əlavə olunması ilə 162,91 metrə çatıb və bu göstərici ilə Ulm Münsterini geridə qoyub. Tikintinin 2026-cı ildə tamamlanması ilə bazilikanın ümumi hündürlüyü 172,5 metr olacaq. Qeyd edək ki, 1890-cı ildə tamamlanmış Ulm Münster kilsəsinin qülləsi 161,53 metr hündürlüyə malikdir.
Xaçın konstruksiyası Bavariyada hazırlanıb; çəkisi 24 ton, uzunluğu isə 7,25 metrdir. Tamamlandıqdan sonra xaçın hündürlüyü 17, eni isə 13,5 metr olacaq.
Əfsanəvi memar Antoni Qaudinin özünəməxsus yaradıcılığını əks etdirən Saqrada Familianın rəsmi açılışı gələn il iyunun 10-da – onun ölümünün 100-cü ildönümündə keçiriləcək. Kilsənin tikintisinin tam başa çatması isə 2030-cu illərdə nəzərdə tutulur.























































