Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
15 İyun – Milli Qurtuluş Günü: Ulu Öndər Heydər Əliyev və dövlətçiliyimizin xilası
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “15 İyun – Azərbaycanın müstəqilliyini və dövlətçiliyini xilas edən tarixi gün”
İnsanlıq missiyasını peşəyə çevirən xanım – Günay Muradova. TƏBRİK EDİRİK!

Hər bir cəmiyyətin inkişafında sağlamlığın rolu danılmazdır. Xalqın sağlam gələcəyi üçün gecə-gündüz çalışan tibb işçiləri arasında elələri var ki, həm peşəkarlığı, həm də insani dəyərləri ilə fərqlənir. Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova belə fədakar və nümunəvi tibb xadimlərindən biridir. 03 noyabr 2025-ci il tarixində doğum gününü qeyd edən Günay xanım uzun illərdir ki, xalq sağlamlığına, tibbin inkişafına və insanlara qayğıya həsr olunmuş bir ömür yaşayır.
Günay Muradovanın rəhbərliyi ilə Qobustan Rayon Mərkəzi Xəstəxanası bu gün təkcə müalicə müəssisəsi kimi deyil, həm də peşəkarlığın və xidmət mədəniyyətinin nümunəsi kimi tanınır. Onun idarəçilik üslubu sistemli yanaşma, dəqiqlik, qayğı və məsuliyyət üzərində qurulub. Xəstəxananın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqların gətirilməsi, gənc kadrların yetişdirilməsi və pasiyent məmnuniyyətinin artırılması istiqamətində görülən işlər birbaşa onun uzaqgörən rəhbərliyinin nəticəsidir.
O, daim Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi sosialyönümlü siyasətin fəal dəstəkçisidir. Günay Muradova hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara diqqət və mərhəmət göstərməyi mənəvi borcu hesab edir. Onun rəhbərliyi ilə xəstəxanada şəhid ailələrinin üzvlərinə, qazilərə pulsuz tibbi xidmətlərin təşkili və mütəmadi səyyar tibbi aksiyaların keçirilməsi ənənə halını alıb.
Peşə fəaliyyətində səmimiyyət və humanizm Günay xanımın əsas həyat devizidir. Hər bir pasiyent onun üçün sadəcə bir xəstə deyil, bir insandır – qayğıya, ümidə və şəfqətə layiq bir varlıq. Tibb sahəsində qazandığı təcrübə, idarəçilik bacarığı və insanlarla düzgün ünsiyyət qurmaq qabiliyyəti ona həm kollektivin, həm də ictimaiyyətin böyük hörmətini qazandırıb. Xəstəxananın hər bir əməkdaşı Günay Muradovanı həm rəhbər, həm də qayğıkeş bir dost kimi dəyərləndirir.
O, gənc nəsil üçün də örnəkdir. Çünki Günay xanım göstərir ki, istedad, zəhmət və vicdanla işləyən insan üçün uğurun sərhədi yoxdur. Onun həyat yolu – işinə sədaqətin, dövlətə və xalqa xidmətin bariz nümunəsidir.
Bu gün – 3 noyabrda, hörmətli Günay Muradovanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Sizin kimi peşəkar və insanpərvər bir rəhbərin fəaliyyəti Qobustan səhiyyəsinin inkişafına böyük töhfə verir. Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq. Hər zaman xalqın sevgisi və rəhbərliyin etimadı ilə əhatə olunmağınız diləyilə – ad gününüz mübarək, Günay xanım!
Səxavət Nur























































